Prezident İlham Əliyev Şabranda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində avqustun 15-də Şabran rayonunda olmuşdur.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şabran şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, abidənin yerləşdiyi meydanda geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 16 avqust.- S. 2.