Əfqanıstan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Həmid Kərzaiyə

 

Hörmətli cənab Prezident!

Əfqanıstan İslam Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizibütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, birgə səylərimizlə bundan sonra da Azərbaycan-Əfqanıstan dostluğu və əməkdaşlığının xoş ənənələrini qoruyub saxlayacaqinkişaf etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 iyul 2011-ci il

 

Azərbaycan.- 2011.-  19 avqust.-S. 1.