Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə «Əməkdar mühəndis» fəxri adının verilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis" fəxri adı verilsin:

Bəybalayev Qəmbər Bəylər oğlu

Əfəndiyev İlham Dursun oğlu

Fətullayev Əbülfət Balay oğlu

Həsənov Osman Zahid oğlu

Hüseynov Beytulla İbrahim oğlu

Məmmədov Məhəmməd Əsgər oğlu

Nəcəfov Sahib Müseyib oğlu

Vəliyev Ramazan Əli oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 dekabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 3 dekabr.- S.  1.