İnkişafın milli formulu - Azərbaycan 2020: strateji hədəflərlə real nəticələrə

 

Hansı birincidir: hədəflər, yoxsa nəticələr?

 

"Təqlid ən asan yoldur. Təcrübə ən acı yoldur. Ən düzgün yol düşüncə yoludur".

 

 Konfusi

 

Müasir dövlətin əsas göstəricilərindən biri sürəkli dəyişən reallığa həssaslıq, mövcud strateji fazanın başlanğıc və sonunun fərqində olmaq, çevik manevrlər etməkdir. XXI əsrdə siyasət həmişəkindən daha çox intellektual mübarizə meydanına çevrilmişdir. Hər bir dövlət inkişaf vektorunu müəyyən etmək, strateji oriyentirləri dəqiqləşdirmək zərurəti ilə üzləşərək, onlara tarixi  təcrübə, reallıq və perspektivlər prizmasından düzəlişlər edir.

Bu zaman düzgün seçim edilməsinə nə dərəcədə nail olmaq isə bir məsələdə - hədəflər və nəticələr asılılığının mükəmməl hesablanmasında özünü aşkar göstərir. Düzgün hədəflərin nişan alınması davamlı uğurlar və nəticələr deməkdir. Gələcək  yalnız  uğurların üzərində qurula bilər. Lakin şübhəsiz ki, bundan daha əvvəl real nəticələrə hesablanmış aydın hədəflər olmalıdır.

Dövlət başçısı  İlham Əliyev  "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasının hazırlanması barədə sərəncam imzalamışdır. Bu sənədin dövlətçilik üçün tarixi əhəmiyyətini kiçik yazıda əhatə etmək qeyri-mümkündür. Müstəqil Azərbaycanda dövlət siyasəti həmişə strateji xarakterli olmuşdur. İnkişafın müxtəlif sahələrinə - iqtisadiyyatın, elmin, regionların, mədəniyyətin, gənclər siyasətinin və s. - dair çoxsaylı qısamüddətli proqramlar qəbul edilmiş və yerinə yetirilmişdir.

Qeyd edilən sərəncam müstəqillik tarixində bütövlükdə Azərbaycan dövlətinin yaxın perspektivlərinə hesablanmış ilk rəsmi dövlət sənədidir. Bununla, dövlətçiliyin növbəti 10 il üçün inkişaf strategiyasının təməli  qoyulur. 2020-ci ildə qarşıdakı 10 ilə yekun vurulacaq və həmin yekunların necə olacağı dövlət başçısının verdiyi sərəncamın əsas məqsədini təşkil edir.

Bu, o deməkdir ki, Azərbaycan əldə etdiyi uğurlar üzərindən geniş üfüqlər açmaq niyyətindədir.

 

Milli quruculuğun strateji fazaları: son və yenidən başlanğıc

 

 Sərəncamda  dövlətimizin milli inkişaf strategiyasında bir tarixi  mərhələni arxada qoyaraq, yeni keyfiyyət mərhələsinə - milli quruculuğun üçüncü fazasına adlaması öz əksini tapmışdır. Bu mərhələnin konturları hamı tərəfindən hələlik aydın sezilməsə də, biz artıq onunla qoşa addımlayırıq.  Tarixə qovuşan 2011-ci ildə ölkədə və dünyada müstəqilliyimizin 20 illiyinin yekunları  ən geniş müzakirələrin mövzusunu təşkil etmişdir. Ötən  20 ilin bütün uğurlu yekunları sübut edir: müstəqil Azərbaycan gələcəyə yönəlmiş və dəyişiklikləri önləyə bilən siyasət həyata keçirmişdir. Bu qısa tarix ərzində Azərbaycan nəinki inkişafın ən düzgün oriyentirlərini müəyyən etmiş, həmçinin mövcud modellərin böhran yaşadığı dünyada sabitliyin təmin olunmasının, böhrandan  öndə olmağın milli modelini formalaşdıra və dünyaya təqdim edə bilmişdir.

Geridə qalan hər on il qarşıdakı nəhəng vəzifə  və hədəflərinə görə bir-birindən fərqli olmuş, konkret dövrün simvolu kimi dəyər kəsb edən siyasi konseptləri müəyyən etmişdir. 1990-cı illərdən başlayan birinci onillikdə proseslər tranzitoloji paradiqma çərçivəsində  baş verdi, keçid dövrü kimi yadda qaldı. Onun başlıca məzmununu işğalçı müharibə şəraitində "xaos və anarxiyanın aradan qaldırılması, sabitliyin və müstəqilliyin təmin edilməsi" kimi siyasi konsept təşkil etmişdir.

2003-cü ildən başlayan növbəti fazanın mahiyyətini "davamlı dinamik inkişafislahatlar" kimi siyasi konseptlər ifadə etmişdir. Qeyd edilən konseptlər ictimai şüurda dövlətçiliyin inkişafı üçün yeni uğurların sinoniminə, mənəvi dəyərə çevrilir.

 

Yalnız gələcəyə baxan dövlətin gələcəyi ola bilər

 

 

"Əgər gələcək haqda düşünmürsünüzsə, onda sizin gələcəyiniz olmayacaq".

 Nobel mükafatçısı ingilis yazıçısı Jon Qolsuorsi

 

Strategiya ən qısa şəkildə - 1. Gələcəyin aydın hədəfləri, 2. Onlara nail olmaq üçün milli birlikortaq səylərin təminatı mənasında başa düşülür. Yalnız strateji siyasət həyata keçirən dövlət bu gələcəkdə mövcud ola biləcək və keçmişin stereotiplərinə qapanıb qalanların gələcəyi ola bilməz. Strategiya elmindən məlumdur ki, adətən, proqnozlar müəyyən edilərkən analitiklər subyektiv  stereotiplərin təsiri altına düşə bilirlər. Bu, o qədər də təhlükəli deyildir.

Ən təhlükəli olan odur ki, bütöv xalqlar və dövlətlər keçmişin arxaik stereotiplərinin əsirinə çevrilir, gələcəkdən məhrum siyasəti dövlət səviyyəsində həyata keçirirlər. Ermənistan dövlətinin yürütdüyü siyasət buna bariz nümunədir. Hər bir xalqın keçmişində qəhrəmanlıq səhifələri də, acı faciələr də vardır. Eyni zamanda, inkaredilməz bir həqiqət də var ki, keçmiş heç zaman gələcək üçün örnək ola bilməz. Bu gün gələcəyin obrazını yaxına belə buraxmayan, keçmişin əsirinə çevrilərək strateji düşüncə mədəniyyətindən məhrum olan Ermənistan dövləti var. Təsadüfi deyil ki, keçmişin saxta miflərinin əsiri olan Ermənistanda son 20 ildə strategiya ilə bağlı, ümumiyyətlə, heç bir sənədə rast gəlmək mümkün deyildir. Bunu erməni analitikləri də (A.Arzumanyan) etiraf edir: "Ermənistanın inkişafı və müasir dövlətə çevrilməsi yolunda ən böyük maneə erməni xalqının özüdür. Bugünkü Ermənistan elitasının ölkənin gələcəyi üçün heç bir  layihəsi mövcud deyildir. Bu elita erməni xalqının inkişafına ən böyük maneədir və gələcəyin mənzərəsində onun yeri yoxdur. Çünki bu, iflas edən ölkənin elitasıdır, inkişaf onun üçün təhlükəli ola bilər. Onun əsas dərdi öz canının qeydinə qalmaqdır. Aydın dərk etmək lazımdır ki, bu vəziyyətin davam etməsi heçliyə gedən yoldur. Bu, erməni dövlətinin yaxın perspektivdə məhv edilməsi strategiyasıdır. 20 ildən sonra Ermənistanın adı yalnız diasporda qalacaq. Hələ bu özüçox cəsarətli proqnozdur. Çünki bundan daha əvvəl daha bir yanlış müharibə baş verərsə..." (http://armtoday.info/default.asp?Lang=_Ru&NewsID=26666).

Digər maraqlı məsələ bu ölkədə milli hərbi təhlükəsizlik strategiyasının xarici ekspertlərə həvalə edilməsidir. Halbuki yazılmamış qanunlar var ki, dövlət hər hansı sahəni autsorsinqə verə bilər, yalnız və yalnız gələcəyin obrazını formalaşdırmaq səlahiyyəti istisna olmalıdır. Ermənistanın öz siyasətində strateji mədəniyyətin  olmaması təsdiqini tapmışdır.

 

Reallıq və praqmatizm strateji xüsusiyyət kimi

 

Proqnoz və ssenarilərin  "Edip effekti" adlanan özünütəkzib və özünüreallaşdırma kimi xüsusiyyəti mövcuddur. Yalnız reallıq  obyektivlik hissinə əsaslanan proqnozlar özünü doğrulda bilər və bunun əksi olan halda, özünütəkzib baş verir. Ötən 20 ilin yekunları göstərdi ki, milli quruculuq strategiyası reallıq hissimilli maraqlara istinad nöqtəsi kimi dayaqlanmaqla uğurlar qazana bilmişdir. XXI əsrdə gələcəyə dair proqnozların əsas fərqi onların gözlənilməz və əlverişsiz inkişaf ssenarilərinə ("wild cards") həssas yanaşmasıdır. Son onillikərdə Roma klubununs. proqnozlarının özünü doğrultmamasının səbəbi məhz bu məqama biganə yanaşılması olmuşdur.  Qlobal maliyyə böhranından ən az itki ilə çıxan Azərbaycan sübut edir ki, gələcək hədəfləri sırf geosiyasi, yaxud mondialist baxışla görən subyektivizmdən və illüziyadan uzaqdır. (məs.:J.Attali "Gələcəyin qısa tarixi"  (2008).  Arxaizm də, "sivilizasion romantizm" də bizə yaddır və Azərbaycanda  stereotiplərin əsiri olmamaq  rəqabət üstünlüyünə çevrilmişdir. Tarixi təcrübə və gələcəyə hesablanan sürətli  dinamika - gerçək proqnoz metodologiyası bunlara əsaslanır.

Sərəncamda  yaxın on ilin "proqnoz üfüqü" əhatə edilmişdir. Bu, ortamüddətli, ən optimal  strategiyadır. ABŞ alimi A.Şlezingerin dövri inkişaf dinamikasına əsasən, dövlətin ictimai siyasi yüksəlişinin təbii ümumən qəbul edilmiş  amillərindən biri iqtisadi inkişaf fazalarıdır. Makroiqtisadi trendlərin  müsbət nəticələri ətrafında dövlətə ictimai etimad  etibarın yeni koalisiyaları formalaşır, xalqın elitanın daha sıx birləşməsi baş verir. Qarşılıqlı konsensus inkişafın  təməlinə çevrilir. Müsbət iqtisadi dinamikanın siyasi trendə təsiri bir tərəfdən xalqın  əhval-ruhiyyəsini, digər tərəfdən elitanın seçilmiş kursun düzgünlüyünə inamını şərtləndirir.  

 

Dövlətin sabahı dəyərə çevriləndə

 

Sərəncamın tarixi əhəmiyyəti ondadır ki, yeni tariximizi yaratmaq yaşatmaq indiyə qədər olduğu kimi, bundan sonra da əlimizdədir inkişafın daxili potensialının səfərbər edilməsi üzərində qurula bilər.  20 illik böhranı önləyən  quruculuq demokratiya təcrübəmiz əvəzsiz sərvətdir. Eyni zamanda, gələcək naminə ümummilli birlik dövlətçiliyin  inkişaf resursuna, mənəvi dəyərinə çevrilə bilər.

Sərəncamın mənəvi-ideoloji əhəmiyyəti gələcəyimiz naminə milli birliyin təmin edilməsi, onun hər kəsin ortaq səyləri ilə qurulması baxımından çox böyükdür. Azərbaycan insanı bütün fəaliyyətin məqsədində,  mərkəzində durur. Azərbaycan vətəndaşı gələcəyi qurmağın başlıca resursu, potensialıdır, lakin eyni zamanda, o, gələcəyin məqsədidir, hər şey vətəndaş rifahı naminədir. Konsepsiyada  indiyə qədər olduğu kimi, yenə başlıca vəzifə Azərbaycan vətəndaşının ən yüksək həyat keyfiyyəti standartlarının müəyyən edilməsi rifahının yüksəldilməsi olacaqdır.

Hər bir dövlət üçün vətəndaş ən fundamental məsələdir. İnsanları ümumi vətəndaş məfhumu ilə birləşdirmək üçün dövlət öz gələcəyinin ideal obrazını yaratmaqla, həm   cəlbedici vətəndaşlıq obrazını yaradır.  Bu gün "korporativ vətəndaşlıq" anlayışı gündəmə gəlmişdir. Bəzi insanlar üçün, məsələn, "Google"nin əməkdaşı olması, onun adi başa düşülən milliyyət vətəndaşlığından daha önəmli olur. O, öz əhatəsində avropalı ya asiyalı olmasından asılı olmayaraq  məhz bu "mənsubiyyəti" ilə qəbul edilir. "İdentiklik buketi" ortaya çıxır. Gələcəyin dövlətini məhz identiklik məkanı üzərində  nəzarət müəyyən edəcəkdir. Cəlbedici vətəndaş isə yalnız cəlbedici identiklik inkişaf modelinə malik olan dövlətdə ola bilər. Cəmiyyətə yeni mədəniyyət -  strateji düşüncə ənənəsi gətirməklə, sərəncam hər bir vətəndaşa gələcəyimizi qurmağa dəvətlə müzakirə məkanını açır.

Gələcəyə baxış paradiqmasının beynəlxalq əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan uğurlu gələcək qurmağı hədəfə alan dövlət    cəlbedici inkişaf modelinə  malik ölkə kimi   əməkdaşlıq üçün  böyük inam nikbinliyə əsas yaradır. Bu o deməkdir ki, Azərbaycan on il sonra da dünya birliyinin fəal etibarlı tərəfdaş ölkəsi olaraq qalacaqdır. Fərq yalnız onda olacaq ki, qlobal   regional əhatədə   baş verən proseslərə təsir  imkanları baxımından milli  maraqları təmin etmək üçün indikindən daha güclü olacaqdır.  Qarşıdakı on ildə Azərbaycanda artıq özü-özünü təmin edən, müasir, yüksək rifah dövləti formalaşacaqdır.  

 

Gerçək təşəbbüs yeni liderliyin simvolu keyfiyyət göstəricisidir  

 

 Siyasi lider, strateq Ali Baş Komandan bir simada cəmlənir. "Elitalar inqilabı" (Kristofer Leş) əsərində kütlə fəallığına rəğmən, XXI əsrdə  elitaların labüd fəallıq çağırışlarla üz-üzə olacağı meyli təsvir edilmişdir. Azərbaycanda milli elita çoxsaylı çağırışlarla üz-üzədir: ərazi bütövlüyümüzün təmin olunması, enerji təhlükəsizliyi, neftin qiymətlərinin "qabarması çəkilməsi", regional münaqişələr, qlobal maliyyə böhranı, beynəlxalq terrorizm, işğaldan azad ediləcək  torpaqların sonrakı dirçəlişi davamlı  iqtisadi yüksəlişinin təmin edilməsi kimi çoxsaylı məsələlər buraya aiddir.

Dövlət başçısı cəmiyyətə vədlər illüziyalar deyil, XXI əsrdə milli inkişaf ideyasının  növbəti 10 ildə reallığa çevrilməsini təmin edən konsepsiyanı birgə formalaşdırmağı təklif etmişdir.

Gələcəyə baxışlar çox olub hələ çox olacaqdır. Lakin strategiyalar nə qədər mükəmməl olsa da, onların taleyi, həyata keçirilməsi gözlənilməz hadisələrdən, ssenarilərdən deyil, bütün hallarda lider missiyasından - qərarların qəbulu sənətindən asılı olur. Azərbaycan öz inkişafının dönüş mərhələsində yaşayır.  Bunu mümkün edən isə düzgün hədəflər və onların davamlı reallaşdırılmasından irəli gələn nəticələrdir. Bu siyasətin gedişində yalnız konkret ölkə miqyasında deyil, bütövlükdə, regiondadünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir. Bu, gələcək üçün hiss edilən çox böyük məsuliyyətlə əlaqədardır. Bu sərəncam hər bir fəal və intellektual  azərbaycanlıya ünvanlanıb. Dövlət başçısının təşəbbüsü, xüsusilə də, sərəncamda qeyd edilən "müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin"  kreativ, humanitar sahə təmsilçilərinin gələcəyə dair dialoqa  nə dərəcədə hazır olması və fəal qoşulmasını sınaqdan çıxaran göstərici olacaqdır. İddialı olduğu qədər də real olacaqdır. Çünki indiyə qədər gəldiyimiz yol buna əminlik hissini yaradır. Ümid və əminliyin əsasını artıq iki onillik müddətində "müstəqilliyin əbədi, sarsılmaz və dönməz olması"nın gerçəkləşməsi naminə öz real bəhrəsini verən liderin siyasi kursu, qalibiyyətli milli inkişaf strategiyasının mövcudluğu təşkil edir.

Dövlət başçısı İlham Əliyev indiyə qədərki mərhələnin  yığcam mahiyyətini bu sözlərlə ifadə etmişdir: "Azərbaycan 20 il ərzində həm öz vətəndaşlarına, həm də dünyaya sübut edib ki, biz müstəqil ölkə, azad xalq kimi yaşaya bilərik".

Sərəncam göstərir ki, qarşıdakı tarixdə ərazi bütövlüyümüzün təmin ediləcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olacağımız, dövlətinin daha güclü, xalqının daha çox rifahda yaşadığı, dünyanın bütün bölgələrində daha çox tanınan, milli maraqları qoruyan siyasi lideri ətrafında daha sıx birləşən Azərbaycanın əzəmətini dünyanın etiraf edəcəyi zamanın artıq başlandığının fərqində olmalıyıq.

 

Elnur ASLANOV,

 

Azərbaycan Respublikası Prezidenti

Administrasiyasının siyasi təhlil və

informasiya təminatı şöbəsinin müdiri

 

Azərbaycan.- 2011.- 7 dekabr.- S.  3.