Kanadanın Vankuver şəhərində Azərbaycan mədəniyyət mərkəzi açılmışdır

 

 Azərbaycanın Kanadadakı səfirliyindən bildirmişlər ki, dekabrın 5-də Vankuver şəhərində, bu ölkədə ilk dəfə Azərbaycan mədəniyyət və icma mərkəzi fəaliyyətə başlamışdır. Azərbaycan mədəniyyət və icma mərkəzində Azərbaycan dilinin, musiqisininmilli rəqslərinin tədrisi kurslarının təşkili planlaşdırılır.

Mərkəzin açılışında Vankuverdə yaşayan Azərbaycan icmasının fəal üzvü Məhəmməd Purazadın xüsusi rolu olmuşdur. M.Purazad tərəfindən Azərbaycan mərkəzinin binası əldə olunmuş və əsaslı təmir edilmişdir.

Bu münasibətlə təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə iştirak edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev milli  mədəniyyətimizin Kanadada təbliğinin və Azərbaycan icmasının bu ölkədə mütəşəkkil fəaliyyət göstərməsinin vacibliyini qeyd etmişdir. Tədbir Azərbaycan musiqisindən ibarət konsert proqramı ilə başa çatmışdır.

 

 AzərTAc

 

Azərbaycan.- 2011.- 7 dekabr.- S. 7.