Çexiyanın Hradec Kralove Universitetində azərbaycanlı alimlərlə görüş

 

 AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Çexiyaya ezam olunmuş əməkdaşları texnika elmləri üzrə fəlsəfə doktorları Fərhad Yusifov və Məhəmməd Şərifov Çexiyanın Hradec Kralove Universitetinin informatikamenecment fakültəsinin dekan müavini, dosent Petra Poulovaİnformatikahesablama metodları kafedrasının müdiri professor Hana Skalska ilə görüşüblər.

Görüş zamanı planda nəzərdə tutulan işlər və iki qurum arasında İKT sahəsində elmi əməkdaşlıq məsələləri müzakirə olunub. F.Yusifov və M.Şərifov məruzələrlə çıxış edib, fakültə rəhbərliyinə İTİ-nin fəaliyyəti haqqında ətraflı məlumat veriblər. Sonra fakültənin bir sıra kafedralarında görülən tədqiqat işlərilə tanış olub, əməkdaşlarla görüş keçiriblər.

Qeyd edək ki, F.Yusifov və M.Şərifov Çexiyanın Hradec Kralove Universitetinin dəvətilə bir il müddətində ixtisasartırma və təcrübə mübadiləsi aparmaq məqsədilə Çexiyaya ezam olunublar.

 

 

Azərbaycan.- 2011.- 9 dekabr.- S. 7.