«Bir addım» qısametrajlı bədii film beynəlxalq

kinofestivalda Azərbaycanı təmsil edəcəkdir

 

 MDB Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondu Qırğız Respublikasının "Aytış" İctimai Fondu ilə birgə dekabrın 12-dən 15-dək Bişkekdə MDB, Baltik respublikaları və Gürcüstan kinematoqrafçılarının iştirakı ilə "Qırğız Respublikası -qısametrajlı filmlər ölkəsi" adlı beynəlxalq kinofestivalı keçirəcəkdir.

Beynəlxalq festival Bişkekdəki "Manas" kinoteatrında təşkil olunacaqdır.

Festivalın münsiflər heyəti hər ölkədən bir film olmaqla baxış üçün on film seçmişdir.

Azərbaycan bu festivalda "İmper Qrup" prodüser mərkəzinin istehsal etdiyi "Bir addım" qısametrajlı bədii filmlə təmsil olunacaqdır.

Filmin rejissorları Nərgiz Bağırzadə Fariz Əhmədovdur.

"Bir addım" filmi 20-dən artıq ölkədə keçirilən beynəlxalq festivalın müsabiqə bölməsində Azərbaycanı uğurla təmsil edərək müxtəlif mükafat diplomlara layiq görülmüşdür.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Azərbaycan.-2011.-10 dekabr.-S.7.