TARİXİ HƏQİQƏTLƏR

 

 Son yarım əsrdə tarix elminin bir neçə istiqamətində ardıcıl və uğurlu tədqiqat işləri həyata keçirən akademik Ramiz Mehdiyev zəngin rəsmi materiallara əsaslanaraq ərsəyə gətirdiyi kitablar, sözün əsl mənasında, bilik xəzinəsidir. Ümumiyyətlə, ensiklopedik biliyə malik olan bu məhsuldar elm xadiminin Azərbaycan elminə verdiyi misilsiz töhfələr göz qabağındadır.

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Respublika" qəzetində dərc olunmuş müsahibəsini oxuduqca tarixin müxtəlif dövrlərinə aid fundamental bir əsər oxuyub bitirdiyini hiss edirsən. Heç şübhəsiz, bu yazılanları ancaq Vətənin qədrini bilən, doğma yurdun gələcəyindən narahat olan, yaşadığı zaman ölümsüzlük qazanan, öz daxili dünyasına, öz nəslinə-kökünə qırılmaz tellərlə bağlı olan, bu müqəddəs hissləri gələcək nəslə çatdıran görkəmli elm xadimi, akademik Ramiz Mehdiyev qələmə ala bilər.

Daim yeniləşən həyatımızda yeni, müasir yanaşmanın tətbiqi vacibdir.

Akademik Ramiz Mehdiyev öz müsahibəsində verilən sualları cavablandıraraq azərbaycanlıların milli ideyasının son iki yüz ildə formalaşmasını yeddi mərhələyə bölür və bu ideyanın mürəkkəb təşəkkül yolu keçdiyini, Azərbaycan xalqının tarixinə əsaslanaraq hazırda müstəqil, suveren dövlətçiliyi dünya birliyi tərəfindən tanınmış xalqlardan biri olduğumuzu ortaya qoyur. Tanınmış elm xadimi Ramiz Mehdiyevə görə milli ideyanın təşəkkülünün birinci mərhələsi 1828-1875-ci illərdə Azərbaycanın şimal hissəsinin ərazisi Rusiya imperiyasının tərkibində qalmasıyla azərbaycanlıların tədricən həmrəy olması prosesi başlanmışdır. Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsilə Azərbaycan xalqı öz dövlət müstəqilliyini itirmiş və zorla iki hissəyə bölünmək kimi tarixi ədalətsizliyə düçar olmuşdur. Şimali Azərbaycan xanlıqları çar qoşunları tərəfindən tutularkən ruslara müqavimət göstərmədikləri üçün Qarabağ, Şəki və Şamaxı xanlıqlarında idarə sistemi olduğu kimi saxlanılmışdı. Gəncə, Bakı, Quba xanlıqları isə müqavimət göstərdiklərinə görə ərazilərində xan üsuli-idarəsi ləğv edilmişdi. Lakin hakimiyyətdə qalan xanların da ömrü uzun sürməmişdir. Şimali Azərbaycan torpaqları Rusiyanın tərkibinə qatıldıqdan sonra xanların, həmçinin Rusiya tərəfə keçməkdən imtina edib qaçmış feodalların torpaqları dövlət xəzinəsinin ixtiyarına keçmişdi. Kəndlilər istifadə etdikləri torpaqların müqabilində dövlət xəzinəsinə vergilər verir, məsuliyyət daşıyırdılar. Nəticədə öz torpaqlarını və hüquqlarını itirmək təhlükəsi ilə qarşılaşan Kaspi vilayəti bəylərinin böyük narazılığı başlamışdır. Bu da Azərbaycan millətinin oyanmasına, birliyinin yaranmasına, milli şüurun formalaşmasına səbəb olmuşdur.

İkinci mərhələ 1875-ci ildən XX əsrin əvvəllərinə qədər olan dövrü əhatə edir. Akademik Ramiz Mehdiyev bu mərhələni Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində ilk qəzetin - "Əkinçi"nin təsis edilməsinə bağlayır, Azərbaycan ziyalılarının formalaşmasını və görkəmli maarifçilərin ortaya çıxmasını vurğulayır, milli mənlik şüurunu Azərbaycan identikliyi ilə əlaqələndirir. Ensiklopedik biliyə sahib akademik Ramiz Mehdiyevin bu dəyərləndirməsi doğru və tarixi həqiqətdir. Çünki o zaman çar hökumətinin başında oturanların əksəriyyəti qaragüruhçu millətçilər idilər. Onların siyasətləri çar Rusiyasının əhalisinin əksəriyyətini təşkil edən xalqların çoxuna qarşı yönəlmişdi. Çarizm həmin xalqların, sözün əsl mənasında, cəlladı idi. O ucqarlarda millətlərin baş qaldırmasına, öz azadlığı uğrunda mübarizəyə qalxmasına mane olmaq üçün "parçala və hökmranlıq" et prinsipindən istifadə edir, xalqlar arasında qırğınlar törədirdi. Çarizm xalqları əsarət altında saxlamaq üçün onları dini xilafət içində saxlamağa, savadlanmasına mane olmağa çalışır, ruslaşdırma siyasəti aparırdı. Belə bir şəraitdə xalqın gözünü açmaq, maarifləndirmək lazım idi. Azərbaycanın qabaqcıl ziyalısı, millətinin taleyini düşünən Həsən bəy Zərdabi "Əkinçi" qəzetini təsis edərək çox mühüm bir iş görmüşdür. O, mətbuat vasitəsilə xalqın gözünü açmağa, onu cəhalətdən qurtarmağa çalışmışdır.

Üçüncü mərhələ Rusiyada 1905-1907-ci illər inqilabından başlanır və 1918-ci ilin may ayında Zaqafqaziya Seyminin süqutu ilə başa çatır. "Bu dövrün səciyyəvi cəhəti milli ərazi uğrunda mübarizə yolunun seçilməsidir", –deyir tarixi elm xadimi, akademik Ramiz Mehdiyev.

Dördüncü mərhələ 1918-ci ilin may ayından 1920-ci il aprelin sonuna qədər olan dövrü əhatə edir. Bu dövrün 1918-ci il 28 may tarixi Azərbaycan milli ideyasının həyata keçməsinin ilk rəmzi olmuşdur.

Milli ideyanın formalaşması prosesinin beşinci mərhələsini akademik Ramiz Mehdiyev Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi dəyərləndirir. Bu dövr 1987-ci ilin axırları–1988-ci ilin əvvəllərində başlamış, 1990-cı ilin 20 yanvar faciəsi ilə nəticələnmişdir.

Akademik Ramiz Mehdiyev milli ideyanın formalaşmasında altıncı mərhələni milli şüurun inkişaf edərək Azərbaycan milləti tərəfindən müstəqil bir dövlət yaratmaq zərurətinin dərk edilməsi dövrü kimi səciyyələndirir və bu şüurun oyanmasına 1990-cı il yanvar hadisəsinin güclü təkan verdiyini bildirir. Bu mərhələ 1990-cı ilin yanvarından 1993-cü ilin iyun ayına qədər olan dövrü əhatə edir.

Azərbaycanın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev 1993-cü il iyun ayının 15-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş və ömrünün sonunadək çox sevdiyi Vətəninə rəhbərlik etmişdir.

Sovetlər İttifaqının tarixində xüsusi yeri olan, 30 ildən artıq Azərbaycana rəhbərlik edən, Vətəninin hərtərəfli inkişafına, tərəqqisinə nail olan, onu bütün dünyaya tanıdan, müstəqil Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyev milli ideyanın formalaşması tarixinin yeddinci mərhələsində çox önəmli işlər həyata keçirmişdir.

Dahi şəxsiyyətlər yetirən millət, həqiqətən, uludur. Belə şəxsiyyətlər qabiliyyəti, xasiyyəti və yaradıcı fəaliyyətilə millətinin firavan və xoş sabahı üçün möhkəm zəmin yaradırlar. Türk dünyasının ata-babaları arasında xüsusi yeri olan, nadir zəka sahibi Heydər Əliyev belə bir şəxsiyyət idi.

1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev qısa bir müddətdə millətinin təhsilini, elmini, mədəniyyətini, ölkəsinin sənayesini, kənd təsərrüfatını inkişaf etdirmişdir. Onun gələcəyə ünvanlanan çıxışları, aldığı qərarlar və fərmanlar Azərbaycan türkünü daim şöhrətləndirmiş, Azərbaycanı irəli aparmışdır. O, Azərbaycanın qədim tarixini olduğu kimi dünyaya çatdırmaqla xalqının ululuğunu, dünyaya çox sayda dahi şair, yazıçı, alim və qəhrəmanlar verdiyini bəyan etməklə bütün dünya millətlərini öz millətinə ehtiramla yanaşmalarını təmin etmişdir.

Sənət və sənətkarın, ədəbiyyat və incəsənətin, poeziyanın qədir-qiymətini bilən ulu öndərimiz Vətəninin görkəmli sənətkarlarını, gözəl sənət incilərini himayə edərdi. Azərbaycanın məşhur bəstəkarı Fikrət Əmirov: "Yaşlarımızın çox yaxın olmasına baxmayaraq, Heydər Əliyevi mən özümə ata bilirəm. Dünyaya gəldiyim gündən mən heç kəsdən Heydər Əliyevdən gördüyüm qədər qayğı görmədim. Yaradıcılıq səhnəsində son on-on iki ildə qazandığım bütün nailiyyətlər üçün özümü ona borclu hesab edirəm. Sən bu qızıl ulduza elə-belə baxma (F.Əmirov Sosialist Əməyi Qəhrəmanı idi), bizim işlərimizin çoxu Rusiyadan, Moskvadan aşır. Hər yerdə bu ulduza görə qapılar üzümüzə taybatay açılır. Başqa respublikaların sənətkarları bizə qibtə ilə baxırlar, bilirsən nəyə görə? Bu ulduza görə yox, rəhbərimizin Heydər Əliyev olduğuna görə" - demişdir.

Ümummilli liderimiz məşhur şair Nizami Gəncəvinin məqbərəsinin yenidən qurulması və onun 840 illiyinin qeyd olunması məsələsini Azərbaycanın mərkəzi aparatında qərara aldı. Yubiley münasibəti ilə dahi şairin adını daşıyan küçə başdan-başa abadlaşdırıldı. Azərbaycanın hər yerində Nizaminin adı ilə bağlı memarlıq abidələri yeniləndi, şairin irsinin təbliği edildi. Gəncə, sözün əsl mənasında, Nizami poeziyası ilə nəfəs aldı. O zamandan etibarən Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin poeziya günlərinin keçirilməsi bir ənənəyə çevrildi. Azərbaycanda və eləcə də şairin vətəni qədim Gəncədə həmin günlər əsl şeir-sənət bayramı kimi qeyd olunmuşdur.

Sovet hakimiyyəti illərində "milli ideologiya" söhbəti ola bilməzdi. Lakin millət olan yerdə ideologiyasız yaşamaq da mümkün deyildir. "Formaca milli" və ya "milli iftixar hissi" ifadələri altında daha ayıq millətlər və millət rəhbərləri milli ideologiyanın yaşamasına, təkcə yaşamasına deyil, dirçəlib inkişaf etməsinə də nail olurdular, hər şey bunun həyata keçirilməsi üsul və formasından asılı idi, gərək bədxahların əlinə bəhanə verməyəydin ki, səni "millətçiliklə" ittiham etməyələr. Azərbaycanda milli ideologiyanın yaşaması üçün ən münasib vasitə ilk növbədə, dahi Azərbaycan yazıçı, şair, bəstəkar və tarixi insanların tez-tez anılması idi. Dahi sənətkarların yubileyləri xalqa öz dərin mənalı tarixini yenidən yaşamaq imkanı verirdi. Azərbaycan tarixi ilə dərindən maraqlanan ulu öndərimiz Heydər Əliyev Azərbaycan tarixinin yazılmadığı bir mərhələdə son min ildə yetişmiş dahi yazıçı, şair, bəstəkar və tarixi insanların vasitəsi ilə xalqa zəngin keçmişə malik olduğunu dönə-dönə xatırladırdı və sübut edirdi ki, xalqın böyüklüyü heç də kəmiyyət anlayışı deyil. Azərbaycanı dünyaya tanıtmaqda, xalqın öz böyüklüyünü dərk etməsində misilsiz vasitə olan yubileylərin keçirilməsini Heydər Əliyev daim diqqət mərkəzində saxlayır, bu prosesdən mümkün qədər səmərəli istifadə olunması qayğısına qalır, bir çox çətin məsələlərin həllinə özü müdaxilə edirdi. Ulu öndərimizin bu istiqamətdəki xidmətlərini yubiley şənliklərinin birində dünyaca tanınmış şair Oljas Süleymenov belə qiymətləndirmişdir: "Azərbaycanda sənət və sənətkarın, ədəbiyyat və incəsənətin, poeziyanın qədir-qiymətini bilən Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev kimi partiya rəhbəri vardır. Mən Azərbaycanın iri addımlarını son illər hara gedirəmsə, harda oluramsa, daha tez-tez görür ve eşidirəm. Təkrar edirəm, Azərbaycan son bir neçə ildə özünü təkcə Vətənimizdə deyil, həm də xarici ölkələrdə yaxşı tanıdıb, yaxşı ad-san qazanıb."

70-ci illərin əvvəllərində Azərbaycanın böyük şairləri Füzuli, Nəsimi və Molla Pənah Vaqifin yaradıcılıqlarına aid yubileyləri təntənəli və dünya miqyaslı keçirilməsi üçün xarici ölkələrdən nümayəndələr dəvət olunmuş, tarixdə xüsusi yerləri olan bu şairlər barəsində iftixar hissi ilə geniş konfranslar keçirilmiş, məqbərələr qurulmuşdur. Hətta ulu öndərimiz Nəsiminin yubileyinə, o zaman Qazaxıstanda keçirilən Asiya-Afrika Yazıçılar Konqresinin bütün iştirakçılarını Bakıya dəvət etmiş, yubiley gecəsi müxtəlif irqlərə mənsub tanınmış Asiya-Afrika yazıçı və şairlərini səhnəyə dəvət etdirmiş, məşhur şairimizin yubileyini böyük bir hadisəyə çevirmişdi. Xarici ölkə qonaqları tarixdə analoqu olmayan dünyaca tanınmış bu şairlə və onu yetirən xalqla tanış olmalarından məmnunluq duymuşdular. Bu, ulu öndərimizin Azərbaycanı bütün dünyada daha yaxşı tanıtmaq arzusuna xidmət edirdi. Yəni bu, azərbaycançılıq ideyasının gerçək təbliği idi. Azərbaycançılıq ulu öndərimizin şah əsəridir.

Güclü dövlət ideyasını irəli sürən dahi liderimiz bir çox vəzifələrin həlli üçün geniş tədbirlər həyata keçirmişdir. Onlardan birincisi və ən başlıcası sağlam düşüncəli, işgüzar milli kadrların hazırlanması olmuşdur. Buna görə ilk növbədə təhsil sistemində daha ciddi işlərin görülməsi üçün iclaslar keçirmiş, təlimatlar vermişdir. 1970-1987-ci illər ərzində ölkədə 800-dən artıq məktəb binası tikilib istifadəyə verilmişdir. 15 mindən artıq azərbaycanlı gəncin Sovet İttifaqının 170-dən artıq məşhur ali təhsil ocaqlarında təhsil alıb bir mütəxəssiz kimi yetişməsinə şərait yaratmışdır. Beləcə, Azərbaycanın gələcəyi üçün lazım olan mütəxəssislər hazırlandı, yeni tipli milli kadr bazası yaradıldı. Bu gün Azərbaycanın əksər sahələrində vaxtilə Vətəndən uzaqda yüksək ixtisas qazanmış bu adamlar çalışmaqdadırlar.

"Xalqa xidmət etmək üçün onu sevmək azdır" - deyən ulu öndər, Moskvanın Bakıda qəbul edilən hər bir qərarın xırdalıqlarına qədər müdaxilə etməsinə baxmayaraq, milli köklərə və ana dilinə bağlı qalmışdır. Onun alimlər, şair və yazıçılarla keçirdiyi görüşlərdə ana dilindəki nitqləri xalqa böyük təsir bağışlayardı. Ümummilli liderimiz Heydər Əliyevin siyasi müdrikliyi qısa bir zamanda güclü bir idarə sistemi ilə nəticələndi, Azərbaycanda məhsuldar kənd təsərrüfatı, qüdrətli sənaye potensialı yaradıldı, nəhəng zavod və fabriklər fəaliyyətə başladı.

Onun yeritdiyi uğurlu xarici siyasət nəticəsində ölkə daxilində sabitliyin qorunması, iqtisadi islahatların aparılması, vətəndaş həmrəyliyi və milli birlik, müstəqil Azərbaycanın beynəlxalq miqyasda tanınması təmin olunmuş, Azərbaycan haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılmışdır. Bütün dünyada tanınan böyük siyasətçi, dövlət xadimi, fenomen yaddaş və təfəkkürə malik qeyri-adi nadir şəxsiyyət respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə aqrar sahənin inkişafına və təkmilləşməsinə daim fikir vermiş və əldə olunan bütün zirvələr bilavasitə onun adı ilə bağlıdır. Yorulmaq bilmədən çalışan ulu öndərimizin sayəsində sənaye sürətlə inkişaf etmiş, kənd təsərrüfatının bütün sahələrində rekord nəticələr qazanılmışdır.

1988-1993-cü illərdə Azərbaycanın başına gətirilən müsibətlər, torpaqlarımızın işğalı, ölkədə qarşıdurmanın son həddə gətirilməsi Heydər Əliyevin 1987-ci ildə siyasi arenadan uzaqlaşmasından sonra başlamışdır. Sənaye və kənd təsərrüfatı sektorları dağıdılmış, istehsalın səviyyəsi düşmüş, aclıq təhlükəsi yaranmışdı. Azərbaycan dünyanın siyasi səhnəsində təklənmişdi. Ona görə də xalq torpaqlarımızın toxunulmazlığını təmin etmək, milli suverenliyə nail olmaq, müstəqil dövlət qurmaq, xöşbəxt gələcəyimiz üçün möhkəm zəmin yaratmaq kimi ülvi məqsədlər ortaya qoyan və ağır keçid dövrünün enişli-yoxuşlu yolları ilə öz millətini itkisiz aparmağa qadir olan bir rəhbər axtarışında idi. Bəli, ölkəni ölüm məngənəsindən çıxarmaq üçün güclü, dünyanın qəbul edəcəyi bir liderə ehtiyac var idi. Bu lider dünyanın siyasi tarixini yaxşı bilməli, böyük təcrübəyə və yüksək şəxsi nüfuza malik olmalı idi. Bu parametrlər yalnız bir adamda vardı. O da ulu öndərimiz Heydər Əliyev idi. Bəli, xalqın ümid yeri o idi və xalq onu yenidən hakimiyyətə dəvət etdi.

Bu da bir həqiqətdir ki, bu dahi şəxsiyyət Vətənə rəhbər seçildikdən sonra ölkədə diktatura rejimi yaratmağa çalışan qanunsuz silahlı dəstələrin fəaliyyətinə qısa müddətdə son verdi, vətəndaşların dinc şəraitdə və əmniyyət altında yaşamasını təmin etdi. On minlərlə soydaşımızın həyatını məhv etmiş qanlı müharibədə nəfəs dərmək üçün cəbhə xəttində atəşkəsə nail oldu. Yalnız belə bir şəraitdə Azərbaycan üçün yeganə məqbul inkişaf yoluna keçmək və xalqın rifahını yaxşılaşdırmaq məqsədilə geniş islahatlar aparmaq mümkün idi.

Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tezliklə iqtisadiyyatımızın müasir tələblər səviyyəsində tərəqqisini təmin etmək üçün geniş tədbirlər proqramı hazırlayıb həyata keçirməyə başladı. İlk növbədə, neft strategiyasının əsasını qoyaraq müstəqil dövlətimizin taleyində neft sənayesinin xüsusi rolunu və əhəmiyyətini lazımi səviyyədə dəyərləndirdi. Neft strategiyasının beynəlxalq layihələrin, iqtisadi proqramların həllinə doğru istiqamətləndirilməsi ölkəmizdə bu tükənməz sərvətdən əldə olunan gəlirin qat-qat artırılmasına rəvac vermişdir. "Bakı-Tiflis-Ceyhan" neft ixrac boru kəməri dahi şəxsiyyətin iqtisadi siyasətinin böyük bəhrəsi və real təntənəsidir. "Bakı-Tiflis-Ərzurum" qaz kəməri, "Bakı-Tiflis-Qars" dəmir yolu layihəsi də Ceyhana uzanan nəhəng magistralı tamamlayır. Beləcə, ümummilli liderimizin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə özünə layiqli mövqe qazandı. Onun ardıcıl düşünülmüş xarici siyasəti, Azərbaycana dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmağa can atan, qonşuları ilə dinc şəraitdə yaşamağa üstünlük verən ölkə imici qazandırdı. İlk növbədə erməni təcavüzü ilə əlaqədar dünya ictimaiyyətinin nəzərində Azərbaycana münasibətdə süni yolla yaradılmış mənfi təsəvvürlər alt-üst edildi. Heç şübhəsiz, Heydər Əliyevin uzaqgörən xarici siyasəti və diplomatik səyləri nəticəsində dünya birliyi kimin haqlı, kimin haqsız olduğunu dərk etdi. Məhz onun sayəsində bu gün Azərbaycan parçalanmaqdan uzaq, öz iqtisadi və siyasi potensialına görə regionun aparıcı dövləti kimi tanınmaqdadır. Azərbaycanda aparılan dövlət quruculuğu işinin xüsusiyyətləri ümummilli liderimiz Heydər Əliyevin qibtə ediləcək, fövqəladə rəhbərliyi sayəsində həyata keçirilmışdır. O, hakimiyyətdə olanda da, olmayanda da doğma xalqının və torpağının hamisi olmuşdur. Mən fəxr edirəm ki, Türkiyə Böyük Milli Məclisində ulu öndərimizlə görüşmək mənə nəsib olmuşdur.

"Dünya bir pəncərədir",deyib aqillər. İnsan gəlir "pəncərədən" baxır, gedir. Hər kəs öz alın yazısını yaşayır. Kimi xatirələrdə əbədiyyətə çevrilir, kiminsə nə gəldiyi, nə getdiyi öz doğmalarından başqa heç kəsə məlum olmur. Kainatda seçkin yeri olan, ağıl, fikir və üstün zəka və qabiliyyətlə təchiz edilən insan yüksək bir qayə üçün yaradılır. Doğru deyiblər, belə insanlar yer üzünün əşrəfidir.

Dahi şəxsiyyətlər, müdrik rəhbərlər yetirən millət, həqiqətən, uludur! O böyük insan Azərbaycan üzərində sönməz bir günəş olaraq həmişə yaşayacaqdır.

Son zamanlar Azərbaycan tarixinin müxtəlif sahələri üzrə elmi araşdırmalar aparılmış, siyasi, iqtisadi, etnik problemlərin tədqiqində müəyyən nailiyyətlər əldə edilmişdir. Fəqət yazılı qaynaqların kifayət qədər olmaması, xüsusilə Azərbaycan tarixinin son iki yüz ildə baş verən hadisələri lazımi səviyyədə tədqiq etməyə, qaranlıq məsələləri işıqlandırmağa imkan vermir. Çünki xalqımızın etnik tarixini subyektiv baxımdan izah edən və müəyyən siyasi məqsədlər güdən tendensiyalar uzun müddət öz mövqeyini saxlamışdır. Fəqət elm bir yerdə dayanmır, inkişaf edir, buna görə də Azərbaycan xalqının vacib tarixi problemlərinin yeni istiqamətdə qoyuluşunu və həllini zəruri hesab etməklə də münasibəti ancaq alqışlamaq olar. Şübhəsiz, tarixşünaslığımızda təhlil edilmiş faktlarla yanaşı, kifayət qədər araşdırılmamış, mübahisəli və bəzən də ziddiyyətli mülahizələr də vardır. Aydındır ki, mübahisələr obyektiv və elmi mübadilə səpkisində aparılmalıdır.

Bilindiyi kimi, hər bir millət öz tarixi mirasının sahibidir. Bu tarixi mirasın əhəmiyyətli bir bölümünü də arxiv sənədləri təşkil edər. Bu da bir həqiqətdir ki, dövlətin və millətin haqlarını və millətlərarası münasibətlərini arxiv sənədləri qoruyur, dövrün ictimai-siyasi quruluşunu ortaya qoyur.

Arxivlərin ən böyük xüsusiyyətləri tarixi məsələlərə aid doğru mənbə olmasıdır. Heç şübhəsiz, hər bir dövlətin və millətin tarixi və həyat xüsusiyyətləri arxivlərdə yer alır.

Biz dünya ictimaiyyətini, informasiya vasitələrini, gənc nəsilləri, bu mövzularla əlaqəli təşkilatları və ya şəxsiyyətləri tamamilə uydurma, həqiqətlərdən uzaq və müəyyən məqsədlər üçün hazırlanmış əsərlərlə baş-başa buraxmamalıyıq. Həqiqətləri onlara anlatmağa məcburuq. Qoy onlar müzakirə və mübahisə etsinlər, həqiqətləri araşdırsınlar, sonra vicdanla qərar versinlər.

Millətçi erməni alimlərinin və din xadimlərinin zəhlətökən iddialarının heç bir elmi əsası yoxdur və tamamilə saxtakarlıqdır. İndi yaxşı məlumdur ki, müasir Ermənistan erməni etnosunun vətəni deyildir. Tarix göstərir ki, erməni tayfaları Ermənistandan çox-çox uzaqlarda yaşamışlar.

Erməni xalqının səkkiz min il bundan əvvəl yarandığına dair verilən suala akademik Ramiz Mehdiyev: "Bu bəyanatın elmlə heç bir əlaqəsi yoxdur. İnsan nə istəsə uydura bilər. Lakin məsələ ondadır ki, bəzi yalançı erməni alimləri tarix elmini əyləncə mövzusuna çevirmişlər. Əslində onlar muşk tayfaları kimmerlər tərəfindən Balkanlardan qovulduqdan sonra Mesopotamiyaya gəlib çıxmış və az sonra o dövrdə tənəzzülə uğramış Urartu dövlətinin ərazisində peyda olmuşlar. Muşklar burada yurd saldıqdan sonra yerli əhaliyə qarışmışlar. E.ə. VII əsrdən başlayaraq min il ərzində yerli xalqların və bura gələn yeni etnik qrupların qatışması, habelə assimilyasiya prosesləri nəticəsində Kiçik Asiyanın lokal ərazisində e.ə. III əsrdə özünə "hay" etnonimi götürmüş yeni etnos formalaşmağa başladı. Lakin yunanlar onlara yerləşdikləri Arminiya coğrafi ərazisinə uyğun ad verdilər - "ermənilər". Beləcə xalqın özü-özünə verdiyi ikinci ad - "ermənilər" yarandı" - deyərək cavab verir.

"Ermənistan ərazisində qədim qəbiristanlıqlardan tapılmış kəllələr baş göstəricilərinə görə müasir ermənilərin baş göstəricilərindən kəskin fərqlənir. Öz irsi fiziki əlamətlərinə görə isə ermənilərin 16 antropoloji tipə bölünməsi tədqiqatçılarda heyrət doğurur: bir xalqda bu qədər antropoloji fərq ola bilməz. Doğrudan da, bu, yalnız ermənilərin tərkibində assimilyasiyaya uğramış və mənşəyi ilə fərqlənən xeyli etnik qrupun mövcudluğu nəticəsində mümkün ola bilər. Ermənilərin etnogenezini öyrənən tədqiqatçılar bilirlər ki, onların tərkibində assimilyasiyaya uğramış qaraçıların müəyyən təbəqəsi vardır. Ola bilsin ki, bu səbəbdən ermənilər daimi yaşayış yerinə bağlı deyillər. Bu gün onların nümayəndəsinə yalnız Amazonka cəngəlliklərində rast gəlməzsən" - deyir akademik Ramiz Mehdiyev.

J.Deniker də: "Ermənilər maddi bir çox ünsürlərdən əmələ gəlmiş qarışıq bir irq kütləsidir" - demişdir.

A.Frenkel isə 1907-ci ildə Müqəddəs Sinoda yazdığı arayışda qeyd edir ki: "Keçmişin və indinin ən yaxşı erməni tarixçilərini diqqətlə oxuyanda, onların erməni gerçəkliyinə tutqun, kədərli baxışlarına heyrətlənməmək olmur: tamahkarlıq, acgözlük, hərislik, fitnə-fəsad, anda xilaf çıxma, satqınlıq, xəyanət, yaltaqlıq, riyakarlıq, ikiüzlülük, alçalma bu tayfanın başlıca milli xüsusiyyətləridir! Məhz bu xisləti sayəsində onlar hakim millətə həmişə yaxın olublar".

Bu gün erməni lobbisi və diasporu uydurduqları saxta məlumatlar və yalanlarla öz milli varlıqlarını təbliğ etməkdədirlər. Hələlik bunlara bəzi ölkələr inanırlar. Fəqət tarix boyu heç bir dövlətin məqsədi erməni məsələsini həll etmək olmamışdır. Erməni məsələsi güclü dövlətlər arasında hər zaman bir vasitə rolu oynamışdır. Füsunkar təbiəti, zəngin sərvətləri olan Azərbaycan böyük dövlətlərin, xüsusilə də rusların diqqətini cəlb etmiş və zaman keçdikcə onların təzyiqinə məruz qalmışdır. Azərbaycan torpağına işğalçı kimi daxil olan ruslar ermənilərdən bir qul kimi istifadə etmiş, ermənilər də təkcə xalqımızın var-dövlətinə sahib olmamış, həm də bu xalqa elə böyük zərbələr vurmuşlar ki, bu gün belə həmin yaraları sağaltmaq mümkün deyildir. Son 200 ilə yaxındır ki, bu bədəli millətimiz ağır bir şəkildə ödəmiş və ödəməyə davam edir.

 

 

Fazil QARAOĞLU,

Professor

 

Azərbaycan.-2011.-10 dekabr.-S.3.