Hər gəlişi ilə bir dünyalıq sevinc gətirirdi

Tarixin bir anı

 

 1982-ci ildə ulu öndər Heydər Əliyevə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi məsul bir vəzifə tapşırıldı. Sovetlər ölkəsinin rəhbərliyində önəmli olan bu postda da ulu öndərin istedad və bacarığı, dərin bilik və səriştəsi özünü aydın göstərirdi. Ümummilli liderə məxsus erudisiyaentuziazm onu daim insanlar arasında olmağa, geniş ərazili ölkənin müxtəlif yerlərinə getməyə, qlobal layihələrin icrasına  bilavasitə nəzarət etməyə, görməyə, nəticə çıxarmağa səsləyirdi.

Yaşlı nəsil şübhəsiz ki, yaxşı xatırlayır: istər Rusiyanın, istərsə də digər respublikaların ucqar yerlərində ulu öndəri necə hərarətlə qarşılayırdılar! Televiziya ekranlarında bəzən belə yüksək ranqlı rəhbər işçinin gəlişindən, camaata bu cür yaxın, isti münasibətindən heyrətlənən çöhrələr də görünürdü.     

Öz xalqını isə bir an belə unutmurdu. Moskvada yaşayarkən işləyərkən ulu öndərin qəlbi daim Azərbaycanla birgə döyünür, gözü həmişə xalqının üstündə olurdu. Bununla yanaşı, hətta Vətənə baş çəkməyə,  Azərbaycan xalqı ilə görüşməyə vaxt tapırdı.

Bu kadrlar 1983-cü ilə aiddir. Həmin il ulu öndər işinin həddindən çox olmasına baxmyaraq Bakıya gəlmiş, insanlarla görüşmüş bu gəlişi ilə xalqımıza bir dünyalıq sevinc bəxş etmişdi.

 

Azərbaycan.-2011.-11 dekabr.-S.6.