«Azərbaycan Dövlət Qulluğu Sistemi»

 

Dövlət müstəqilliyimizin bərpasının 20 illiyini qeyd etdiyimiz bu günlərdə Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru  Rəcəb Rəhimlinin müəllifliyi ilə "Azərbaycan Dövlət Qulluğu Sistemi" adlı yeni kitab nəşr olunub. Azərbaycan dövlət qulluğu sistemindən bəhs edən kitab Türkiyədə bu qəbildən nəşr olunan ilk kitabdır. Kitabda Azərbaycan dövlət qulluğu sistemi müasir, elmi və nəzəri cəhətdən araşdırılıb. Bu araşdırmada Azərbaycan dövlət qulluğu sisteminin qədim tarixdən bu günümüzə qədər olan bir dövrdə ümumi quruluşu, prinsipləri, dövlət qulluqçularının hüquqları, vəzifələri və onlara nəzarət mexanizmləri, problemlər, onların müəyyənləşdirilməsi və həlli yolları öz əksini tapıb.

Kitab 4 fəsildən ibarətdir. Hər fəsildə müəllif elmi araşdırmalarla dövlət qulluğu sisteminin əhəmiyyətindən, inkişaf perspektivindən tutarlı faktlar gətirməklə kitabın elmi dəyərini daha da qüvvətləndirmişdir.

 

Azərbaycan.- 2011.- 15 dekabr.- S.8.