Roland Kobia: Avropa İttifaqı 2012-ci ildə

 Dağlıq Qarabağ münaqişəsinin nizamlanması

 prosesinə daha fəal dəstək verəcəkdir

 

 Cari il Avropa İttifaqının (Aİ) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirakı nöqteyi-nəzərindən mühüm hesab olunur.

AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia demişdir.

Diplomat vurğulamışdır ki, bu il Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə daha sıx cəlb olunmasına dair çoxlu sayda çağırışlar səslənmişdir. Aİ bu münaqişənin sülh yolu ilə nizamlanması prosesinə sadiq qalır. Bu il Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Filipp Lefortu Aİ-nin Cənubi Qafqaz regionunda xüsusi təmsilçisi təyin etmişdir. Bu diplomat Minsk prosesinə müəyyən dəstək imkanı verən spesifik mandata malikdir. Düşünürəm ki, bu, Ketrin Eşton tərəfindən Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlı olduğunu sübuta yetirən dəqiq güclü mesajdır. Bu, həm Aİ-nin bu məsələdə daha fəal rol oynaması niyyətindən xəbər verir. Biz ATƏT-in Minsk qrupuna daxil deyilik, bununla belə, onun yanındayıq əlimizdən gələn dəstəyi verməyə çalışırıq.

Aİ münaqişədə mövcud status-kvonun qəbuledilməz olduğunu etiraf edir - deyən səfir xüsusi qeyd etmişdir ki, problemin sülh yolu ilə həllini tapmaq vacibdir. Biz bu yanaşmaya sadiqikhesab edirəm ki, 2012-ci ildə Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə daha fəal dəstək verməsinin şahidi olacağıq.

 

Azərbaycan.-2011.-16 dekabr.-S.7.