Uilfrid Martensin «Avropa: Mən mübarizə aparıram,

mən qalib gəlirəm» kitabı Azərbaycan dilində çapdan çıxmışdır

 

 Belçikanın sabiq baş naziri, Avropa Xalqları Partiyasının sədri, tanınmış ictimai-siyasi xadim Uilfrid Martensin "Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm" kitabı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyi ilə Azərbaycan dilində çapdan çıxmışdır.

Bu barədə AzərTAc-a BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verərək demişdir ki, əvvəlcə holland dilində nəşr edilən kitab sonradan fransız və ingilis dillərinə də tərcümə edilərək işıq üzü görmüşdür. U.Rəhimoğlu demişdir ki, kitabın ingilis dili versiyasının 2010-cu ilin martında Azərbaycanda təqdimatı keçirilmişdir. Biz bu kitabı Azərbaycan dilində nə üçün nəşr etdik? Bu kitabda diqqətimizi çəkən nə oldu? İlk səhifəsi dua ilə başlayan bu kitab son əlli ildə Avropanın yetirdiyi ən məşhur siyasətçilərdən biri olan, liberal dəyərlərin yorulmaz müdafiəçisi Uilfrid Martensin memuar formasında qələmə aldığı adi bir tərcümeyi-hal deyildir. Bu kitabda Avropadünya siyasətinin çox maraqlı, dəyərli məqamları müəllifin özünün də iştirakçısı olduğu ictimai-siyasi proseslərə birbaşa təsir edən hadisələr qələmə alınmışdır. Çox zəngin bioqrafiyayaböyük təcrübəyə malik olan U.Martens 12 il Belçikanın Baş naziri olmuşdur. Əslində U.Martensin həyatı, sözün həqiqi mənasında, bir örnəkdir. Almaniyanın kansleri Angela Merkelin kitaba ön söz yazması nəşrin əhəmiyyətinin göstəricisidir. Kitab Azərbaycan dilinə AzərTAc tərəfindən tərcümə olunub redaktə edilmişdir. Nəşrin çapa hazırlanması üzərində böyük bir qrup çalışmışdır".

U.Rəhimoğlu demişdir ki, kitabın Azərbaycan dilində nəşrinə razılıq verən bu marağın səbəbini izah edərək yazmışdır: "Azərbaycanda Avropa quruculuğuna niyə bu cür maraq göstərirlər? "Şərq tərəfdaşlığı" Proqramının üzvü olan bu Avropa ölkəsi müstəsna coğrafi məkana malikdir. Rusiyanın, Türkiyənin, İranın əhatəsində yerləşən Azərbaycan tarix boyu öz kimliyini formalaşdıra və bənzərsizliyini qoruyub saxlaya bilmişdir. Bununla belə, region qeyri-sabitdir. Qədim regional münaqişələr hələ öz həllini gözləyir. Bəlkə də Avropa quruculuğu təcrübəsi, xüsusilə də amansızcasına bir-birinə qarşı döyüşmüş AlmaniyaFransa barışığı nümunə rolunu oynaya bilər. Lakin çox gözəl dərk edirəm ki, siyasi liderlər tərəfindən əməli təşəbbüslərin göstərilməsi, xalqların kin-küdurəti unudaraq bu təşəbbüslərə qoşulması üçün cəsarət lazımdır. Avropa quruculuğunun tarixi, - ola bilsin ki, kitaba maraq bundandır, - bu prosesin mümkünlüyünü sübut edir".

U.Martensin on fəsildən ibarət kitabında ümumilikdə 235 yazı yer almış, müəllifin müxtəlif görüşlərdən, beynəlxalq toplantılardan çəkilmiş çox maraqlı 46 fotosu da verilmişdir.

U.Rəhimoğlu demişdir ki, müəllif yaxın günlərdə Azərbaycana gələcək və kitabın yüksək səviyyədə təqdimatı keçiriləcəkdir.

 

Azərbaycan.-2011.-18 dekabr.-S.7.