Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin Sumqayıt şəhərinə səfəri

 

 Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə gəlmişdir.

Dövlət başçısı xanımı Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Prezident İlham Əliyevə xanımı Mehriban Əliyevaya ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilmiş mühüm tədbirlər barədə məlumat verildi.

 

 AzərTAc

Azərbaycan.-2011.-20 dekabr.-S.1.