E.Z.Dünyamalıyevə «Əməkdar jurnalist»

 fəxri adının verilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda mətbuat sahəsində səmərəli fəaliyyətinə görə Elsevər Zeynal oğlu Dünyamalıyevə "Əməkdar jurnalist" fəxri adı verilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2011-ci il

Azərbaycan.-2011.-20 dekabr.-S.1.