Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi

Rəyasət Heyətinin Sədri zati-aliləri cənab Kim Yen Nama

 

 Hörmətli cənab Sədr!

Koreya Xalq Demokratik Respublikasının Ali rəhbəri, Dövlət Müdafiə Komitəsinin Sədri, görkəmli dövlət xadimi Kim Çen İrin vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 19 dekabr 2011-ci il

Azərbaycan.-2011.-20 dekabr.-S.3.