Prezident İlham Əliyevin diqqət və qayğısı sahibkarlığın

 inkişafına yüksək stimul verir

 

 

Ulu öndər Heydər Əliyevin özünəməxsus uzaqgörənliklə irəli sürdüyü və həyata keçirilməsinin elmi, nəzəri və praktiki yollarını müəyyənləşdirdiyi inkişaf prioritetlərinin Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 8 ildə dövrün sosial-iqtisadi tələblərindən irəli gələrək keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirilməsi Azərbaycanın tarixində görünməmiş yüksəlişi reallığa çevirib. Artıq dövlət müstəqilliyinin 20-ci ildönümünü arxada qoyan respublikamızda sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək əzmkarlıqla və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası bütün sahələrdə öz nəticələrini göstərir.

Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq artıq Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub. Bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neftqeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır.

Respublikamızın inkişaf prioritetlərindən danışarkən Prezident İlham Əliyevin Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair imzaladığı dövlət proqramları xüsusi vurğulanmalıdır. Bu proqramlar çərçivəsində həyata keçirilən işlər Qazax rayonunun sosial-iqtisadi göstəricilərinə də müsbət təsir etmişdir. Qazax rayonunda iqtisadiyyatın bütün sahələri inkişaf etməkdədir. Bu sırada özəl sektor, sahibkarlıq fəaliyyətinin inkişafı xüsusi vurğulanmalıdır. Bu həm də onu göstərir ki, ölkə başçısının imzaladığı sərəncamlar yerlərdə lazımi şəkildə yerinə yetirilir.

Bakı-Tbilisi dəmir yolunun və Bakı-Qazax şose yolunun qovuşduğu Ağstafa şəhərində, Böyük İpək Yolunun üzərində yerləşən "Saloğlu" şirkəti də əslində, ümumilikdə bu regionun iqtisadi inkişafı sahəsində aparılan məqsədyönlü fəaliyyətin ən uğurlu nümunəsi hesab edilə bilər. "Saloğlu" şirkəti fəaliyyətə 2000-ci ildə başlayıb, istehsal fəaliyyəti ilə məşğuldur. Əsas fəaliyyət növü yumşaq, yataqqonaq otaqları mebellərinin istehsalıdır. "Saloğlu" mebel fabrikində Almaniyaİtaliyadan alınmış müasir tələblərə cavab verən avadanlıqlardan, xüsusilə də, alman texnologiyasından geniş istifadə edilir. Burada istehsal olunan mebellər dünya standartlarına, ən müasir tələblərə tam uyğundur. Fabrikə Türkiyədən dəvət olunmuş peşəkarların yerli ustaların formalaşmasında ciddi təsiri olmuşdur. Bu da "Saloğlu" məhsullarının keyfiyyətinə inamı daha da artırır.

Şirkətin rəhbəri Tacəddin Mustafayev fəaliyyətlərindən danışarkən fabrikin bugünkü səviyyəyə gəlib çatmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahibkarlığa xüsusi qayğısını ən vacib şərt kimi vurğulayır:

- Məlumdur ki, bütün sahələrdə ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulanPrezident İlham Əliyev tərəfindən davam etdirilən məqsədyönlü və çevik sosial-iqtisadi islahatlar, zaman etibarı ilə qısa bir müddətə həyata keçirilən qlobal layihələr ölkəmizdə köklü dəyişikliklərə səbəb olmuş, həyatımızın bütün sahələrini əhatə edən quruculuq və abadlıq işləri respublikamızın hər yerində güclü inkişafa şərait yaratmışdır. Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə tərtib edilən və onun şəxsi nəzarəti altında həyata keçirilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Birinci Dövlət Proqramı uğurla yekunlaşmış, İkinsi Dövlət Proqramı isə müvəffəqiyyətlə icra olunur. Qazax-Ağstafa bölgəsi də ölkəmizin iri iqtisadi regionlarından biridir. Biz şirkətimizin fəaliyyəti üçün bu regionu təsadüfən seçməmişik. Qazax-Ağstafa Azərbaycanın sərhəd rayonlarıdır, buradan xaricə çıxış daha yaxındır. Bura ölkə hüdudlarından çıxan yolların kəsişdiyi yerdir. Məhz belə bir bölgədə biz fəaliyyətə başladıq.

T.Mustafayev bir məqamı daim xüsusilə vurğulayır ki, Prezident İlham Əliyevin sahibkarlığa, özəl sektora qayğısı və diqqəti olmasaydı, "Saloğlu" şirktəti bugünkü, nailiyyətləri də əldə edə bilməzdi: "2004-cü il iyunun 15-də Prezident İlham Əliyev "Saloğlu" fabrikinin açılışında iştirak etdi. Bu tarixi hadisə bizi çox ruhlandırdı, yüksək stimul verdi və şəxsən məndə işə həvəs artdı. Bildik ki, dövlət başçısı bizə dəstək olacaq. Ona görə də həvəslə fəaliyyətimizi davam etdirməyə başladıq. Biz cənab Prezidentin regionların sosial-iqtisadi inkişafına dair təsdiqlədiyi dövlət proqramlarını yüksək qiymətləndiririk. Bu proqramların həyata keçirilməsi nəticəsində regionlarda yerlərinin sayı artdı, insanlarımız öz doğma yurdlarında, el-obasında qalıb çalışmağa üstünlük verməyə başladılar. Mən də Qazax rayonunda yeni fabrikin tikintisinə başladım. Çünki fəaliyyətimizin respublikamızın iqtisadi inkişafına töhfə verəcəyinə artıq əmin idim. Hazırda fabrikimizin istehsal etdiyi məhsullar həm daxili bazarda, həm də xaricdə - Rusiya, Gürcüstan, Qazaxıstan bazarlarında tanınır, qəbul edilirböyük tələbata malikdir. Çalışırıq ki, fabrikin məhsullarının ölkə xaricində satışını təşkil edək və Azərbaycan məhsulunun necə keyfiyyətli və yaraşıqlı olduğuna dair alıcılarda yaranmış inamı daha da möhkəmləndirək".

Qeyd edək ki, sentyabr ayında "Bakı Expo" Sərgi Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Müstəqil Azərbaycan 20 ildə" milli sərgisi keçirilmişdir. Sərgidə 130-dan çox müəssisə, təşkilat və şirkət iştirak etmiş, Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizin sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, tikinti, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə qazandığı nailiyyətlər nümayiş olunmuşdur. Sərgidə "Saloğlu" şirkəti və fabrikin məhsullarından ibarət stend təşkil edilmişdi. Sərgiyə gələn Prezident İlham Əliyev "Saloğlu" şirkətinin stendi ilə də tanış olmuşdur. T.Mustafayev deyir ki, Prezident İlham Əliyevin  "Saloğlu"nun stendinə daxil olması bizi hədsiz sevindirdi, xoşbəxt anlar yaşatdı və fəaliyyətimizə yenidən böyük stimul verdi. Həmin gün məni qürurlandıran Qazax şəhərinin istehsal müəssisəsinin uğuru idi. Ümumiyyətlə, bu gün Azərbaycanın hər bir regionunun, hər bir şəhərinin inkişaf etməsi bizdə qürur hissi yaradır. Belə bir şərait bizi daha yaxşı işləməyə, quruculuq, abadlıq, yenidənqurma işlərinin fəal iştirakçısı olmağa ruhlandırır. Çalışacağıq ki, Azərbaycanın adını həmişə yüksək tutaq və alıcılarımızı gözəl, zövqlü, rahat və keyfiyyətli məhsullarla təmin edək.

T.Mustafayevin sözlərinə görə, adamlarının bugünkü uğurlarına səbəb olan  amillərdən birincisi, 2002-ci il aprel ayının 25-i Heydər Əliyevin yerli adamları ilə görüşündə iştirakı, ulu öndərin tövsiyələri ilə atdığı addımlardır: "Bu günulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin məsləhət və tövsiyələri ilə işlərimizə düzgün istiqamət veririk. Dövlətimizin və dövlətçiliyimizin güclənməsi üçün, yeni yerlərinin açılması və mövcud yerlərinin daha da genişləndirilməsi yönündə əlimizdən gələni əsirgəməyəcəyik".

Dövlət müstəqilliyinin bərpasının 20 ilini arxada qoyan Azərbaycan Respublikası bu dövrdə onilliklərə bərabər inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf xəttinin son 8 ildə uğurla davam etdirilməsi Azərbaycanda dinamik sosial-iqtisadi inkişafı təmin edib. Qarşıda isə daha böyük hədəflər durur. Ən ümdə vəzifələrdən, o cümlədən Azərbaycan xalqının ən xoş arzularından biri ölkəmizdə əldə edilmiş uğurların davamlı olmasıdır. Bu baxımdan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli sərəncamına diqqət yönəldən T.Mustafayev qeyd edir ki, Azərbaycanın hazırkı inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Sərəncamda da qeyd olunduğu kimi, son dövrdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bu illər ərzində, xüsusilə də, son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmışdır. Bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadisosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açmışdır.  Bu mənada 2020-ci ilədək dövrü əhatə edəcək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası  respublikamızın perspektiv inkişaf hədəfi və istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm sənəd olacaq. İnkişaf hədəflərini əks etdirəcək yeni inkişaf konsepsiyasının icrası nəticəsində Azərbaycanın növbəti faza üçün daha böyük nailiyyətlərə imza atacağı şübhəsizdir. Qarşıya qoyulacaq məqsədlərin reallaşması nəticəsində respublikamız dövlət müstəqilliyinin bərpasının 30-cu ilinə doğru dünyanın inkişaf etmiş ölkələrindən birinə çevriləcək.

T.Mustafayev əminliklə bildirir ki, "Saloğlu" şirkəti də Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədlərin reallaşmasına, Azərbaycanın iqtisadi inkişafı, yeni iş yerlərinin açılması, xarici bazarlarda rəqabətə davamlı məhsul istehsalı, Azərbaycanın beynəlxalq imicinin yüksəlməsi işinə özünün layiqli töhfələrini verəcək.

 

Azərbaycan.-2011.-21 dekabr.-S.8.