TÜSİAB Fransa Milli Assambleyasının «erməni soyqırımını inkar»

 qanununu ifadə azadlığına zərbə kimi qiymətləndirir

 

 

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbisinin 1915-ci il hadisələri ilə əlaqədar  səhv və yalan məlumatlarla dünyanı aldatma cəhdi son olaraq Fransa parlamentinin qəbul etdiyi  bir qanunla yenidən gündəmə gəldi. Türk milləti üçün acı nəticələrin bol olduğu o dövrləri israrla xatırlatmaq istəməyən erməni lobbisinin soyqırımı öz adlarına çıxardaraq dünyaya bəyan etmələrinə, tarixi həqiqətləri bilən dövlətlər, cəmiyyətlər və bu mövzunu araşdıran tarixçilər heç vaxt inanmamışlar. Lakin Fransa kimi bəzi ölkələrdə başda siyasi hesablar olmaq üzrə, mədəniyyət, inanc və sıx lobbi fəaliyyətləriylə meydana gələn təzyiq vasitəsi, insanlıq və tarix elmi adına utanılacaq bir vəziyyətdir və təəssüf ki, bu vəziyyət Fransanın bir dövlət olaraq hər il israrla gündəmində yer almaqdadır. Varlığına görə özlərinin müstəmləkəçilik siyasətlərinə borclu olan  Fransanın və Avropanın digər dövlətlərinin 1915-ci ildə dünyanın müxtəlif ölkələrində, o cümlədən də Türkiyədə baş vermiş hadisələrə qərəzli erməni gözü ilə baxışı və siyasi istifadə metodları əslində, hadisəyə utandırıcı münasibətin təzahürüdür. Əgər Fransa özünə bir soyqırım həqiqəti axtarırsa, əvvəlcə öz tarixinə nəzər salmalıdır!

"İraqda öldürülən 1,5 milyon insan ölməyə layiq olduğu üçün  ölmüşdür", - deyən Fransanın  Əlcəzairdə, Ruandadabir çox Afrika ölkəsində həyata keçirdiyi  soyqırımlara "sivilizasiya" adını verməsi yumşaq təbirlə üzsüzlükdür. Həmin  Fransanın 2 milyondan artıq insanın qətliamının üstünü örtməyə təşəbbüs göstərməsi də psixoloji pozğunluğunun nəticəsində günahını inkar etməyin göstəricisidir.

Yalnız son yüz ilin utandırıcı səhnəsindən xilas olmaq üçün ermənilərin əsassız iddiaları ilə həm öz ölkəsini,  həm də dünya ictimaiyyətini məşğul edən Fransanın yaxın gələcəkdə gerçək tarixiylə üzləşəcəyinə inanırıq.

Əgər Fransız parlamentindəki lobbi fəaliyyətinin yalan və səhv məlumatlarından təsirlənənlər də daxil olmaqla,  doğrudan da, bir soyqırım hadisəsini qınayan mətnin altına imza atmaq istəyirlərsə, onlara çox yaxın tarixdə meydana gələn bir qətliamı və soyqırımı xatırlatmaq istərdik. Məsələn, Qarabağda yaşananlar və Xocalı soyqırımının yazılı, görüntülüyaşayan canlı şahidləriylə birlikdə işğal altındakı Azərbaycan torpaqlarına az da olsa  maraq göstərmələrini tövsiyə edərdik. Fransızlar və ya  başqaları buyursunlar, gəlsinlər. Onlara 1992-ci ildə ermənilər tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsində öldürülən 20 mindən çox azərbaycanlının faciəsini izah edək. Bu gün 9 milyon əhalisi olan  Azərbaycanda ermənilər tərəfindən işğal edilən torpaqlardan didərgin düşən  1 milyondan çox qaçqın və məcburi köçkünün yaşadığını və bu vəziyyətə dünyanın nə qədər səssiz qaldığını göstərək.

Məsələyə düzgün mövqedən yanaşılması üçün Türkiyə Respublikasının PrezidentiBaş naziri  başda olmaqla  bütün  dövlət səlahiyyətliləri tərəfindən bu hadisənin tarixçilərə həvalə edilməsinin lazımlı olduğu vurğulanarkən, Fransanın "erməni soyqırımı inkar qanunu" nu  bir daha gündəmə gətirməsi ifadə azadlığına vurulmuş bir zərbədır və utanc səhnəsindən bir addım kənara keçə bilməz. Bu halda Türkiyənin və qardaş ölkə olaraq Azərbaycanın və digər bütün mədəni dövlətlərin tarixin və haqq-ədalətin qürurunu qurtarmaq üçün cəhd göstərəcəklərinə inancımız sonsuzdur.

Digər tərəfdən, daha fərqli şəkildə atılması lazım olan bir addım olacağına inanaraq TÜSİAB cəmiyyəti  konkret təklif  verir.  İndi ki, Fransaonun kimi davranan, davranmaq həvəsində olan ölkələrin parlamentləri bu qədər "həssasdırlar", bu qədər "ədalətlidirlərsə", o zaman biz də ermənilərin XX əsrin əvvəlində Azərbaycanda - Şaumyanın başçılığı altında Bakıda, Şamaxıda, Qubada, Andronikin başçılığı altında Zəngəzurda, Naxçıvanda törətdikləri soyqırımı hadisələrini, 70 il sonra, keçən əsrin 90-ci illərində başda bu gün Ermənistanın prezidenti Serj Sarkisyan olmaqla Azərbaycanda törədilmiş Xocalı soyqırımını və Fransanın başda Afrika ölkələri olmaq üzrə dünyanın bir çox yerində  həyata keçirdikləri soyqırımları dünya ictimaiyyətinə daha yaxşı izah etmək üçün Türkiyə və Azərbaycan parlamentləri ilə yanaşı,  digər  dostqardaş ölkələrimizin parlamentlərinin də bu soyqırımların gündəmə gətirilmələrini, anoloji addımlar atmalarını təklif edirik.

Bizim bubuna bənzər addımlar atmağımız dövlət və millət olaraq  yüz illər boyunca bəzi Qərb ölkələrinin əliylə qəsb edilən "həqiqi tarixin" azadlığına qovuşması ola biləcəyi kimi, az da olsa tarixin qətl edilməsinin qarşısı bəşəriyyət naminə alınmış olacaqdır.

"Erməni soyqırımını inkar" qanunundan ötrü Fransa dövlətini bir daha daha şiddətlə qınayır və bu qərarlarını bir daha nəzərdən keçirmələrini tövsiyə edirik.

 

Azərbaycan.-2011.-24 dekabr.-S.8.