Novruz MƏMMƏDOV: «Fransa parlamentinin qəbul etdiyi qanun

 layihəsi ədalətsiz bir qərardır və ölkənin demokratik

imicinə təsir göstərir»

 

 Biz düşünürük ki, Fransa parlamentinin qəbul etdiyi qanun layihəsi ədalətsiz bir qərardır və ölkənin demokratik imicinə təsir göstərir.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Fransa parlamentinin qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsinin qəbul etməsini şərh edərkən demişdir.

"Bu qanun fikir və mövqe azadlığını həd­dindən artıq məhdudlaşdırır. Parlamentin bu addımı Azərbaycan ilə Fransanın münasibətlərinə təsir göstərə bilər. Müəyyən qədər gözləmək lazımdır və bizim tərəfimizdən də müvafiq addımlar atılacaqdır", - deyə Novruz Məmmədov vurğulamışdır.

 

Azərbaycan.-2011.-24 dekabr.-S.8.