Azərbaycan Respublikasının Prezidenti

 zati-aliləri cənab İlham Əliyevə

 

 Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 2011-ci il dekabrın 24-də 50 yaşı tamam olur. Biz, ona möhkəm cansağlığı və xoşbəxtlik dolu uzun ömür diləyir, ad gününü təbrik edirik.

Qardaş Azərbaycan Respublikasının dəyərli  Prezidenti səkkiz ildir bu vəzifəni yerinə yetirir. Müvəffəqiyyətlə yerinə yetirir. Biz, ona uğurlarla dolu daha neçə-neçə illər arzulayırıq.

Hörmətli İlham Əliyev Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsindən on il keçəndən, Böyük Lider, dövlətin qurucusu, mərhum Heydər Əliyev vəfat edəndən sonra Azərbaycan xalqı tərəfindən bu ali vəzifəyə ilk dəfə seçilmişdir. Beş il sonra keçirilən seçkilərdə də yenidən Azərbaycan Prezidenti seçilmişdir. Göründüyü kimi, çox mürəkkəb bir dövrdə çox çətin bir işi öhdəsinə götürmüşbunu müvəffəqiyyətlə yerinə yetirmişdir. Uğurlarının təsdiqi bu gün Azərbaycanda gördüklərimizdir.

Azərbaycan çox mühüm inkişafa nail olmuşdur. Bir tərəfdən çoxpartiyalı siyasi sistem qurulmuş, digər tərəfdən, ölkə iqtisadisosial baxımdan sürətlə inkişaf etmişdir. On il ərzində Azərbaycanı iki dəfə görən insanlar inkişafın fərqindən heyrətlərini gizlətmirlər.

Vəzifə çətindir. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman dünyada tərəddüdlər var idi. 1918-ci ilin mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin aqibəti unudulmamışdı.

Türkiyə Respublikasının Baş naziri olaraq 1992-ci ilin mayında Azərbaycan parlamentindəki nitqimdə ölkənin qarşısındakı çətinliklərə işarə etmişdim.

Bir transformasiya olacaqdı: kommunist rejimindən demokratik sistemə, marksist iqtisadiyyatdan bazar iqtisadiyyatına keçiləcəkdir. Dövlət yenidən qurulacaq, xalq yenidən təşkilatlanacaqdır. Bu çətin vəzifəni dəyərli dostum, Böyük Lider Heydər Əliyev cəsarətlə öz üzərinə götürmüşdü. Daha doğrusu, Azərbaycan xalqı onu təkidlə bu vəzifəyə dəvət etmişdi. Dövləti ayağa qaldırmaq, ölkədaxili məsələləri nizama salmaq, sistemi qurmaq, işlətmək və dünya ilə əlaqələri yaratmaq lazım idi. Bunları yerinə yetirmək vacib idi.

Ötən 20 il ərzində, on ili ataya, on ili oğula aid olmaqla göstərilən səylər nəticəsində bir çox çətinliklər aradan qaldırılmış, müharibə dayandırılmış, sülh danışıqlarına başlanılmış, qarşıya qoyulan məqsədə nail olunmuşdur. Bu, parlaq bir nailiyyətdir.

Bu gün Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür. Avropadakı təşkilatların üzvüdür. Regionda əməkdaşlığa səy göstərməkdədir. Dünya ilə ticarət əlaqələri qurmuşdur. Təbii resurslarını dünya bazarlarına çatdırmaqdadır. Azərbaycanın adamları artıq başqa ölkələrə də sərmayə qoymağa qadirdirlər. Dünyanın müxtəlif ölkələrindən sərmayədarlar Azərbaycanda görməkdədirlər. Azərbaycan qlobal rəqabətə açıq bir sistemdə fəaliyyətdədir. Daha doğrusu, müasir dünyaya inteqrasiya olunmuşdur. Adambaşına düşən 10 min dollar gəlir səviyyəsini keçmişdir. İnkişaf, abadlıq-quruculuq və inşaat işləri sürətlə davam etməkdədir.

Oktyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Humanitar Forum keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən görkəmli insanlar bu forumda iştirak etmişlər. Azərbaycan mesajını bütün dünyaya çatdırmaq fürsəti əldə etmişdir. Bu forumda iştirak etmək üçün Bakıda səfərdə olduğum müddətdə dəyərli dostum, qardaşım  Heydər Əliyevin məzarını ziyarət etdim. Ruhuna dualar oxudum. 

Dedim ki, "Əziz qardaşım, qalx bir gör, nələr olmuşdur? Gözəl Azərbaycanın etibarlı əllərdədir. İlham Əliyev vəzifəsini fəxr edəcəyin şəkildə yerinə yetirir. Rahat ol! Rahat uyu!"

Əlli yaşlı dəyərli Prezident İlham Əliyev möhtəşəm uğurlara imza atan, xalqının rifahı və xoşbəxtliyi üçün çalışan nüfuzlu bir liderdir. Ona bu gözəl ölkəyə və bu böyük millətə xidmət işində uğurlar arzulayıram.

Onun ən yaxın silahdaşı, hörmətli xanımı Mehriban Əliyevanın Prezidentin fəaliyyətini dəstəkləməsini yüksək qiymətləndirirəm.  

 

 

 

Süleyman DƏMİRƏL,

Türkiyə Respublikasının IX Prezidenti

 

Azərbaycan.-2011.-24 dekabr.-S.2.