Prezidentin mətbuat xidmətinin Məlumati

 

 Dekabrın 23-də Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Eduard Şevardnadze dövlətimizin başçısını anadan olmasının 50 illiyi münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulamışdır.

Dövlətimizin başçısı təbrikə və diqqətə görə Eduard Şevardnadzeyə minnətdarlığını bildirmişdir.

Telefon söhbəti zamanı Eduard Şevardnadzenin ulu öndərlə dostluq münasibətləri məmnunluqla xatırlanmışdır.

 

Azərbaycan.-2011.-24 dekabr.-S.2.