«Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişiklik edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

"Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹9, maddə 563; 2004, ¹7, maddə 505; 2007, ¹5, maddə 442; 2009, ¹10, maddə 768; 2010, ¹5, maddə 374; 2011, ¹4, maddə 262) 13-cü maddəsinin 7-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2011-ci il

Azərbaycan.-2011.-25 dekabr.-S.6.