«Əmək pensiyaları haqqında» Azərbaycan

 Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

 "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 3, maddə 208, ¹ 12, maddə 1019; 2007, ¹ 12, maddə 1194; 2008, ¹ 4, maddə 254, ¹ 6, maddə 464, ¹ 7, maddə 602, ¹ 8, maddələr 699, 710; 2009, ¹ 6, maddələr 395, 399, ¹ 11, maddələr 877, 879; 2010, ¹ 7, maddə 579; 2011, ¹ 4, maddə 267, ¹ 6, maddə 465, ¹ 7, maddə 597) aşağıdakı dəyişikliklər edilsin:

1.    Aşağıdakı məzmunda 20.1.3-1-ci və 20.6-1-ci maddələr əlavə edilsin:

"20.1.3-1. Milli TeleviziyaRadio Şurasının üzvü və Naxçıvan Muxtar Respublikası TeleviziyaRadio Şurasının üzvü olmuş şəxs;

20.6-1. Bu qanunun 20.1.3-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına Milli TeleviziyaRadio Şurasının fəaliyyətdə olan üzvünün və Naxçıvan Muxtar Respublikası TeleviziyaRadio Şurasının fəaliyyətdə olan üzvünün əməkhaqqının 80 faizi miqdarı ilə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.".

2. 37.3.4-cü maddənin ikinci cümləsində "20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə," sözlərindən sonra "20.1.3-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə," sözləri əlavə edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2011-ci il

Azərbaycan.-2011.-25 dekabr.-S.6.