«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹12, maddə 740; 2002, ¹12, maddə 706; 2003, ¹1, maddə 23, ¹8, maddə 428, ¹12, I kitab, maddələr 676, 698; 2005, ¹1, maddə 1, ¹6, maddə 462, ¹8, maddə 684, ¹10, maddələr 873, 905, ¹12, maddə 1083; 2006, ¹3, maddələr 223, 225, ¹6, maddə 481, ¹12, maddələr 1015, 1029; 2007, ¹2, maddə 80, ¹12, maddə 1203; 2008,  ¹3, maddə 158, ¹6, maddə 462, ¹7, maddə 602, ¹12, maddə 1047; 2009, ¹1, maddə 5, ¹2, maddə 56, ¹3, maddə 160, ¹7, maddə 519, ¹12, maddə 947; 2010, ¹4, maddə 276, ¹6, maddə 485, ¹10, maddə 840, ¹11, maddə 939; 2011, ¹1, maddə 12, ¹4, maddələr 245, 264) aşağıdakı dəyişikliklər edilsin:

1.  18.65.3-cü maddədən "təkrar qeydiyyatına," sözləri çıxarılsın.

2. 18.65. 6-cı maddə aşağıdakı redaksiyada verilsin:

"18.65.6. Dövlət qeydiyyat nişanlarının verilməsinə görə:

18.65.6.1. dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:

18.65.6.2. bu qanunun 18.65.6.1-ci maddəsinin cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə - 18 manat.". 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2011-ci il

Azərbaycan.-2011.-25 dekabr.-S.6.