Gürcüstan telekanallarında «İlham Əliyev və Gürcüstan»

 sənədli filmi nümayiş etdirilmişdir

 

 

Dekabrın 23-də Gürcüstanın "Rustavi-4" və İctimai Televiziyasının 2-ci kanalları ilə "İlham Əliyev və Gürcüstan" sənədli filmi nümayiş etdirilmişdir.

Prezident İlham Əliyevin 50 illik yubileyinə həsr olunmuş filmdə dövlət başçısının həyat və fəaliyyətindən geniş bəhs edilir. Ekran əsərində gürcüstanlı siyasətçilərin ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısının varisliyə sədaqəti, bölgədə liderliyi, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı, Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması istiqamətində yürütdüyü tarazlı siyasət və s. haqqında fikirləri öz əksini tapmışdır.

Film Gürcüstanın "ART- paralel" kinostudiyasında ərsəyə gətirilmişdir. Yeni ekran əsərinin rejissorları Georgi Taradze Tengiz Txilava, ideya  ssenari müəllifi Azərbaycan Televiziyasının Gürcüstan üzrə müxbiri Şahismayıl Şəmmədoğludur.

 "ART-paralel" kinostudiyasının yaradıcı heyəti tərəfindən indiyədək Azərbaycan-Gürcüstan dostluğunun tərənnümünə həsr olunmuş "Heydər Əliyev Gürcüstan", "Dənizdən dənizə", "Dostluğun etalonu", "İrsiyyət fondu", "Buradan gələcəyə" digər filmlər ekranlaşdırılmışdır.

 

 

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tbilsi

Azərbaycan.-2011.-25 dekabr.-S.5.