«Vətən sənin əsgərinəm» kitabının və «Ali Baş Komandanın

 hər bir əmrinə hazırıq» kitab-albomun təqdimat

 mərasimi keçirilmişdir

 

 

"Ən müxtəlif sahələrdə sürətlə inkişaf edən Azərbaycanın ordu quruculuğunun müasir səviyyəsi və hərbi qüdrətinin artması məhz Ali Baş Komandan, Prezident İlham Əliyevin müəyyən etdiyi düzgün siyasətin məntiqi nəticəsidir".

AzərTAc xəbər verir ki, bu fikirlər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən "Vətən sənin əsgərinəm" və "Ali Baş Komandanın hər bir əmrinə hazırıq" kitab -albomunun  təqdimat mərasimində söylənmişdir.

Mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, təlim-tədris mərkəzinin zabitləri və ziyalılar iştirak etmişlər.

Kitabların və albomun müəllifi, əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbanidir.

Kitabda vətənpərvərlik mövzusunda şeirlər, hekayələr, fotoalbomda isə müxtəlif tədbirlərdə, parad və təlimlərdə Silahlı Qüvvələrimizin müasir durumunu əks etdirən şəkillər yer alır.

Tədbir iştirakçıları dövlətin hərbi sahəyə ayırdığı diqqət nəticəsində yaxın gələcəkdə daha da qüdrətli orduya sahib olacağımıza inam ifadə etmişlər.

Sonda Müdafiə Nazirliyinin musiqi kollektivinin konsert proqramı olmuşdur.

 

Azərbaycan.-2011.-25 dekabr.-S.5.