Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri ulu

 öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə gül dəstələri qoymuşlar.

Sonra dövlət başçısı və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və yaxınlarının məzarlarını ziyarət etmişlər.

 

 AzərTAc

Azərbaycan.-2011.-25 dekabr.-S.4.