Azərbaycan Respublikasının Prezidenti

 zati-aliləri cənab İlham Əliyevə

 

 Əziz İlham Heydər oğlu!

Anadan olmağınızın 50 illliyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və Azərbaycan Respublikasının rəhbəri kimi məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Azərbaycan dövlətinin inkişafının sosial-iqtisadi, mədəni sahələrdə sanballı uğurlar qazanılması və beynəlxalq mövqeyinin möhkəmlənməsi ilə əlamətdar olan ən mühüm dövrü bilavasitə Sizin adınızla bağlıdır. Siz öz xalqınızın əsl lideri, onun amal və istəklərinin ifadəçisisiniz. Sizin həm ölkədə, həm də onun hüdudlarından kənarda yüksək siyasi nüfuzunuz şəksizdir.

Səmərəli Rusiya-Azərbaycan əməkdaşlığının inkişafına Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Sizin yaradıcı səyləriniz sayəsində ölkələrimizin tərəfdaşlığı durmadan genişlənir, keyfiyyətcə yeni səviyyəyə çıxır.

Sizinlə ünsiyyətdə olmaq mənə həmişə böyük məmnunluq bəxş edir. Əminəm ki, bizim çoxlu görüşlərimiz və əlaqələrimiz olacaq, onların gedişində biz dost Rusiya və Azərbaycan xalqlarının mənafeyi naminə birgə konstruktiv işimizi davam etdirəcəyik.

Səmimi hörmət və ən xoş arzularla,

 

 Vladimir PUTİN,

Rusiya Federasiyası Hökumətinin sədri

Azərbaycan.-2011.-25 dekabr.-S.3.