Rusiya Federasiyasında Azərbaycan diasporunun nümayəndələrinə

 fəxri adların verilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Rusiya Federasiyasında Azərbaycan diasporunun təşkilatlanması və Azərbaycan-Rusiya elmi, mədəni əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Rusiya Federasiyasındakı Azərbaycan diasporunun aşağıdakı nümayəndələrinə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

 

"Əməkdar hüquqşünas"

 

Tağıyev Ələsgər Soltan oğlu

 

 

 

"Əməkdar artist"

 

Axundov Qorxmaz Məmməd oğlu

Bədəlbəyli Teymur İlham oğlu

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2011-ci il

Azərbaycan.-2011.-29 dekabr.-S.4.