Azərbaycan alimi beynəlxalq elmi jurnalın

 redaksiya heyətinin üzvü seçilmişdir

 

 Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev "International Journal of Information Processing and Management" (IJIPM) jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.

İnstitutdan bildirmişlər ki, ildə dörd dəfə nəşr edilən elmi jurnal INSPEC, DOI, DBLP, PROQUEST, Google Scholar, SCIRUS,

ULRICH'S EBSCO kimi dünyanın nüfuzlu elmi informasiya bazalarında indeksləşir.

Jurnalda perspektiv istiqamətli və dinamik inkişaf edən informasiyanın emalı və idarə olunması sahəsi üzrə dünyada aparılan araşdırmaların nəticələri, elmi məqalələr nəşr edilir.

 

Azərbaycan.-2011.-29 dekabr.-S.7.