Mərkəzi Seçki Komissiyasının iclası olmuşdur

 

Fevralın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.

MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, M.Pənahov gündəlikdə duran məsələlərlə bağlı komissiya üzvlərinə məlumat vermişdir.

İlk növbədə əvvəlki iclasların bəzilərinin protokolları təsdiq olunmuşdur. Sonra komissiya üzvləri MSK-nın 70 saylı Masallı şəhər 86 saylı İsmayıllı seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik etmək barədə qərar qəbul etmişlər.

Komissiyanın iclasında cari məsələlərə baxılmışdır. Bu haqda məlumat verən sədr hazırda MSK-nın əsas işinin seçici siyahılarının dəqiqləşdirilməsindən ibarət olduğunu bildirmişdir. M.Pənahov komissiya üzvlərini komissiyanın fəaliyyətinin perspektivləri barədə məlumatlandırmışdır.

İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

Azərbaycan.- 2011.-3 fevral.- S. 1