Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvilinin anası, Beynəlxalq Qara Dəniz Universitetinin prorektoru Giuli Alasaniya Qafqaz Universitetində olmuşdur

 

Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvilinin anası, Beynəlxalq Qara Dəniz Universitetinin prorektoru professor Giuli Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 2-də Qafqaz Universitetində olmuşdur.

Görüşdə çıxış edən Qafqaz Universitetinin rektoru Əhməd Saniç rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlər, qazanılan nailiyyətlər barədə məlumat vermiş, Azərbaycan - Gürcüstan təhsil əlaqələrinin əhəmiyyətindən danışmışdır.

Giuli Alasaniya Beynəlxalq Qara Dəniz Universitetinin fəaliyyəti haqqında məlumat vermişdir. Digər çıxış edənlər müasir şəraitdə təhsilin önəmli rolunu vurğulamışlar.

AzərTAc

 

Azərbaycan.- 2011.-3 fevral.- S. 4.