Mərkəzi Seçki KomissiyasındaPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri ilə görüş olmuşdur

 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex Pedro Aqramunt ilə görüşmüşdür.

MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə 2010-cu il noyabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilər əsas müzakirə mövzusu olmuşdur.

M.Pənahov seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı seçki qurumlarının həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat vermiş, seçicilərin fəal seçki hüquqlarının reallaşdırılması üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırmışdır.

Görüşdə həmçinin seçki kampaniyası dövründə namizədlərə yaradılmış bərabər təşviqat imkanları, şikayətlərə müraciətlərə baxılması, namizədlərin qeydiyyatı, seçki günü ilə bağlı məsələlər müzakirə edilmişdir. MSK-nın beynəlxalq təşkilatlarla əməkdaşlığı bunun sayəsində əldə olunan nailiyyətlər barədə danışılmışdır.

 

Azərbaycan.- 2011.-3 fevral.- S. 5.