UPX üzrə yeni tariflərin tətbiqi xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcəkdir

 

Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində olan "Azərpoçt" MMC-nin göstərdiyi universal poçt xidmətlərinin (UPX) əvvəlki tarifləri Tarif (qiymət) Şurası tərəfindən 2002-ci ilin oktyabr ayında təsdiq edilmişdi. Son illərdə UPX üzrə mövcud tariflərin maya dəyərindən xeyli aşağı olması ilə bağlı yaranmış uyğunsuzluqlar bu xidmətlərin "Azərpoçt" MMC-yə zərərlə başa gəlməsinə nəticədə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təşkilində ciddi maneələrin meydana çıxmasına səbəb olmuşdur.

Uyğunsuzluqların aradan qaldırılması eyni zamanda, bu sahədə Dünya Poçt İttifaqının (DPİ) mövcud tələb tövsiyələrinin yerinə yetirilməsi məqsədilə "Azərpoçt" MMC tərəfindən UPX üçün yeni tarif paketi hazırlanaraq ötən ilin əvvəlində Tarif (qiymət) Şurasına təqdim olunmuş bu qurumun qərarı ilə universal poçt xidmətlərinin yeni tarifləri təsdiq edilmişdir.

Nazirlikdən AzərTAc-a verilən məlumatda bildirilir ki, yeni tariflərin əvvəlki illə müqayisədə fərqi texniki, qruplaşdırma struktur xarakterli dəyişikliklərin aparılmasındadır. Ayrı-ayrı xidmətlər üzrə tariflərin strukturu bu sahədə DPİ-nin yeni tələb tövsiyələrinə uyğunlaşdırılmışdır. Məsələn, bütün növ məktub korrespondensiyası üzrə yeni (50 qr) çəki kateqoriyası daxil edilmiş, daxili göndərişlər üçün qiymət intervalı azaldılmış, beynəlxalq aviaməktub korrespondensiyası üçün əlavə aviadaşıma haqqı ləğv edilərək ayrıca aviatariflər tətbiq edilmiş, beynəlxalq bağlamalarda ölkələr üzrə qruplar ləğv edilərək hər bir ölkə üçün ayrı-ayrılıqda tarif müəyyən olunmuşdur. Aparılmış dəyişikliklər nəticəsində yeni tariflərdə əvvəlki illə müqayisədə bir sıra xidmətlər üzrə bəzi çəkilərdə artımlar olmuş, bəzi hallarda əvvəlki tariflərə uyğun, bəzi hallarda isə aşağı tariflər qeydə alınmışdır. Yeni tariflər, həmçinin region üzrə mövcud orta tariflərə uyğunlaşdırılmışdır.

DPİ tərəfindən qoyulmuş əsas tələblərdən biri daxili məktub tariflərinin beynəlxalq qaydalara uyğun tənzimlənməsidir bu, yeni tariflərdə qismən nəzərə alınmışdır. 2012-ci ildən etibarən daxil olan beynəlxalq poçtun çatdırılmasına görə xarici ölkələrlə qarşılıqlı hesablaşmaların aparılması üçün tətbiq ediləcək beynəlxalq tarif hər bir ölkənin daxili məktub tarifi əsasında DPİ tərəfindən təyin ediləcəkdir. Qarşılıqlı hesablaşmalarda daxili tarifin aşağı olması xarici ölkələrin yaranacaq gəlir itkisinə yol verməmək üçün daxili məktub tariflərinin maya dəyərinə uyğunlaşdırılması DPİ tərəfindən vacib məsələ kimi qarşıya qoyulmuşdur.

UPX üzrə tarif tənzimlənməsini zəruri edən əsas səbəblərdən biri beynəlxalq poçtun daşınma təyinat ölkələrində çatdırma xərclərinin mütəmadi olaraq dəyişməsi ilə bağlıdır. Son illərdə daşıma çatdırma xərclərində ümumilikdə artım tendensiyası müşahidə olunsa da, zərurətlə bağlı daşınma istiqamətlərinin dəyişdirilməsi bu xərclərin azalıb-artmasına səbəb olur. Digər tərəfdən ayrı-ayrı təyinat ölkələrinin daxilində çatdırma xərcləri dəyişdiyindən DPİ tərəfindən ildə 2 dəfə müvafiq tariflərə baxılaraq, artım ya azalma istiqamətində tənzimlənir. Məhz bu digər səbəblərdən beynəlxalq poçt xidmətlərində çevik tarif siyasətinin aparılması vacib əhəmiyyət kəsb edir.

UPX üzrə yeni tariflərin tətbiqi həm xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcəkdir.

 

Azərbaycan.- 2011.-3 fevral.- S.5.