İdxal-ixracın strukturunda ərzaq məhsulları xüsusi yer tutur

 

Ticarət əlaqələrinin genişlənməsi onların rəqabət qabiliyyətini yüksəldir

 

İndi Azərbaycanın onlarca yaxın-uzaq ölkədə ticarət tərəfdaşları var. Təkcə keçən il Azərbaycan dünyanın 147 ölkəsi ilə idxal-ixrac əməliyyatları aparıb.

Ticarət əlaqələri zamanı xarici ölkələrə göndərilən onlardan alınan məhsullar çox müxtəlifdir. İdxal-ixracda özünə daimi yer tutan məhsullardan biri ərzaqdır. Biz daim xaricdən ərzaq malları alırıq, eləcə ölkədən kənara öz qida məhsullarımızı göndəririk. Məsələn, keçən ilin 11 ayı ərzində Azərbaycana idxal olunan malların 18,9 faizini ərzaq məhsulları təşkil edib. Xatırladaq ki, 2008-ci 2009-cu illərin müvafiq dövrlərində bu rəqəm 15,7 faiz olub.

2009-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə ərzaq məhsullarının idxalı 10,5 faiz artıb. 11 ayda ölkəyə gətirilən quş ətinin, süd qaymağın, kərə yağının, çayın, buğdanın, bitkidən hazırlanan piy yağların, şəkərin, meyvə tərəvəz konservlərinin həcmi artıb. Mal ətinin, qarğıdalının, düyünün, şokolad məmulatının, meyvə tərəvəz şirələrinin, arağın idxalı isə azalıb.

2009-cu ilin müvafiq dövrünə nisbətən ölkədən ixrac edilən ərzaq məhsullarının da həcmi artıb. Artım 11,6 faiz təşkil edib. Qeyd edək ki, keçən ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi ixracının 2,7 faizi ərzaq məhsullarından ibarət olub. 2008-ci ildə həmin rəqəm 1 faiz, 2009-cu ildə isə 3,5 faiz təşkil edib.

Keçən il ixracın strukturundakı məhsullardan kartofun, təzə tərəvəz meyvənin, eləcə onlardan hazırlanmış şirələrin göndərilməsi nisbətən azalıb. İxrac olunan məhsullar sırasında çayın, bitkidən hazırlanan piy yağların, marqarinin, şəkərin, meyvə tərəvəz konservlərinin həcmi isə artıb.

Ərzaq məhsullarının idxal-ixrac cədvəlinə nəzər yetirdikdə maraqlı bir fakt ortaya çıxır. Bir sıra məhsul növləri var ki, biz onları həm idxal, həm ixrac edirik. Məsələn, kartofu. Bir çox alıcılar bazarda Rusiyadan, Türkiyədən, İrandan gətirilmiş kartofa rast gələndə istər-istəməz düşünürlər: "Öz kartofumuza gəlib ki? İndi Azərbaycanın az qala hər bölgəsində kartof əkilib becərilir". Eləcə Azərbaycandan xaricə alma, yaxud narıngi göndərildiyini eşidəndə təəccüblənməmək olmur. Axı onların özləri bizə belə məhsullar göndərirlər.

Lakin təəccüblənməyə dəyməz. Çünki bütün bunlar xarici ticarət əlaqələrində qanunauyğun hesab olunur. Biz eyni malları həm alır, həm satırıq. Məsələn, Azərbaycan bir çox çaybecərən ölkələrdən çay idxal edir. Bu o demək deyil ki, dünyanın başqa yerlərində yaşayanlar Azərbaycan çayının dadına baxmamalıdırlar... Elə çaydan söz düşmüşkən, keçən ilin 11 ayında Azərbaycan 6,6 min ton çay ixrac edib. İdxal edilərək digər ölkələrdən gətirilən çayın həcmi isə 7,2 min ton olub. Xarici ticarət əlaqələrinin verdiyi bu imkan nəticəsində qida məhsullarının keyfiyyətinin yüksəldilməsi, bazarda onların rəqabət qabiliyyətinin artması üçün geniş şərait yaranır.

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev 2010-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında ölkələr arasında ərzaq məhsullarının alışı satışı haqqında maraqlı fakt rəqəmlər göstərdi. Belə ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 26,3 min ton kartof idxal edib. Həmin məhsulun ixracı isə bundan ikiqat-üçqat çox olub - 61,4 min ton.

Bu dövrdə Azərbaycan öz xarici partnyorlarından 64 min ton təzə tərəvəz alıb onlara 53 min ton təzə tərəvəz göndərib. Ölkəyə gətirilən təzə meyvənin həcmi 78,7 min ton olub. Xaricə isə barlı-bərəkətli Azərbaycan bağlarında bitən 153,2 min ton təzə meyvə yola salınıb.

Ölkəmizin xarici ticarət əlaqələri ildən-ilə genişlənir. Hazırda ən çox İtaliya, Fransa, Rusiya, İsrail, ABŞ, Ukrayna, Türkiyə, Çin kimi iri dövlətlərlə ticarət əməkdaşlığı qurulub. Keçən il Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 27,9 milyard dollar olub. Saldo yenə müsbət olaraq qalır.

 

F.SADIQLI,

 

Azərbaycan.- 2011.-4 fevral.- S. 1.