Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti jurnalistlər arasında müsabiqə elan etmişdir

 

"Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" layihəsi "Hüququn KİV-də yayılması" proqramı çərçivəsində jurnalistlər arasında "Əmək hüququ: Azərbaycan qanunvericiliyi və təcrübəsi" mövzusunda müsabiqə elan etmişdir.

AzərTAc xəbər verir ki, müsabiqəyə Azərbaycanda əmək hüququnun təminatı ilə bağlı problemlərə, onları doğuran səbəblərə, bu problemlərin həlli yollarına, əmək hüququ sahəsində Azərbaycan qanunvericiliyinin tətbiqi praktikası ilə bağlı məsələlərə, o cümlədən məhkəmə təcrübəsinə dair araşdırma xarakterli məqalələr qəbul ediləcəkdir. Müsabiqənin qalibləri peşəkar ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən seçiləcəkdir. Qaliblər diplom və pul mükafatları ilə təltif olunacaqlar.

 

 

Azərbaycan.- 2011.-4 fevral.- S. 3.