Professor Giuli Alasaniya: "ADU-da gürcü dilinin tədrisi təhsil əməkdaşlıq sahəsində böyük nailiyyətdir"

 

Fevralın 4-də Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin anası, Gürcüstandakı Beynəlxalq Qara dəniz Universitetinin prorektoru, professor Giuli Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının rektoru, Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidovla görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti bu sahədə əməkdaşlığın inkişafı yolları müzakirə olunmuşdur.

S.Seyidov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin qazandığı uğurlar, burada son dövrlərdə açılmış fakültə şöbələr, dil mərkəzləri haqqında qonaqlara məlumat vermişdir. ADU-da bir çox xarici dillərin tədris olunduğunu, tələbələrin bu dilləri mənimsəməklə yanaşı, həmin dilin daşıyıcısı olan xalqların tarixini, mədəniyyətini öyrəndiklərini qeyd edən S.Seyidov universitetdə Qafqaz dilləri şöbəsinin fəaliyyət göstərdiyini burada gürcü dilinin öyrənildiyini vurğulamışdır.

Rektor bildirmişdir ki, şöbənin açılmasında əsas məqsəd yalnız dillərin öyrədilməsi deyil, həm həmin dillərin mənsub olduğu xalqların mədəniyyətini, adət-ənənələrini, tarixini dərindən bilən mütəxəssislər yetişdirməkdir. Hazırda Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan ilə Gürcüstan arasında uğurlu siyasi iqtisadi əməkdaşlığın bərqərar olduğunu diqqətə çatdıran S.Seyidov bu münasibətlərin təhsil sahəsində inkişaf etdirilməsinin vacibliyini vurğulamış, ADU-da keçirilən görüşün bu sahədə mühüm rol oynayacağına əminliyini ifadə etmişdir.

Professor G.Alasaniya ölkəsinin Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq etdiyini, təhsil sahəsində qarşılıqlı münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulamışdır. ADU-da gürcü dilinin tədrisinin təhsil əməkdaşlıq sahəsində böyük nailiyyət olduğunu söyləyən G.Alasaniya universitetin təşəbbüsünü müsbət qiymətləndirmiş, kollektivə uğurlar arzulamışdır.

Sonra qonaqlar ADU-nun informasiya resurs kompleksi, müxtəlif dil mərkəzləri ilə tanış olmuşlar.

AzərTAc

 

Azərbaycan.- 2011.-5 fevral.- S. 2.