Litva Seyminin sədri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

 

Azərbaycanda rəsmi səfərdə olan Litva Seyminin sədri xanım İrena Dequtiene fevralın 8-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

 

 

Azərbaycan.- 2011.- 9 fevral.- S. 2.