Türkiyə Rumıniya "Nabukko" layihəsinin həyata keçirilməsi üçün səylərini artıracaq

 

Buxarestdə səfərdə olan Türkiyənin enerji təbii ehtiyatlar naziri Taner Yıldız Rumıniyanın iqtisadiyyat, ticarət biznes mühiti naziri İon Ariton ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Asiya təbii qazını Avropaya nəql edəcək "Nabukko" boru kəməri layihəsinin ölkələri üçün əhəmiyyətli olduğunu bildirmişdir. Onun sözlərinə görə, Ankara Buxarest layihənin reallaşması üçün səylərini artıracaq. Bunun üçün hökumətlərarası işçi qrupunun yaradılması müntəzəm olaraq onun hesabatının dinlənilməsi məqsədəuyğun hesab edilmişdir.

Tərəflər Qara dənizdə Türkiyə ilə Rumıniya arasında dənizin altından yüksək gərginlikli kabelin çəkilməsi layihəsini müzakirə etmişlər.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.-9 fevral.- S. 6.