İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Mahmud Əhmədinejada

 

Hörmətli cənab Prezident!

İran İslam Respublikasının milli bayramı - İslam inqilabı günü münasibətilə Sizə Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə İran arasındakı dostluq, mehriban qonşuluq hərtərəfli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına əmin-amanlıq firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 fevral 2011-ci il

 

Azərbaycan.- 2011.-11 fevral.- S. 1.