Prezident İlham Əliyev Naftalanda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev fevralın

10-da respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində olmuşdur.

Dövlət başçısı xalqımızın ulu öndəri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkı, eləcə Naftalanda aparılmış abadlıq-quruculuq işləri, habelə inşası davam edən layihəsi planlaşdırılan tikinti kompleksləri barədə məlumat verildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-12 fevral.- S. 2.