Almaniya öz vətəndaşlarının Azərbaycanın işğal olunmuş rayonlarına səfər etmələrini məsləhət görməyən dövlətlərə qoşulmuşdur

 

Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılmış oyuncaq rejim ətrafında beynəlxalq təcrid halqası daralmaqdadır.

AFR XİN ölkə vətəndaşlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna ətrafdakı 7 rayona səfər etməkdən çəkinməsinə dair çağırışı özünün rəsmi saytında yerləşdirmişdir. Sənəddə qeyd edilir ki, həmin ərazilər minalanmışdır, cəbhə xəttində atışmalar baş verir. AFR XİN öz vətəndaşlarına diqqətin arzuolunmaz səfərlərin nəticələrinə yetirilməsini məsləhət görür. Bundan əlavə, rəsmi Berlin öz vətəndaşlarına Ermənistan Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhəd ərazilərinə səfər etməyi məsləhət görmür.

Xatırladaq ki, bundan əvvəl Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ regionuna arzuolunmaz səfərlərdən çəkinmək barədə Polşa Böyük Britaniya xarici işlər nazirlikləri öz ölkələrinin vətəndaşlarına xəbərdarlıq etmişdilər.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2011.-17 fevral.- S. 5.