ABŞ-da "Qarabağ: keçmişə gələcəyə baxış" adlı yeni təqvim çap edilmişdir

 

ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu 2011-2012-ci illər üzrə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə həsr olunmuş yeni təqvim çap etmişdir. "Qarabağ: keçmişə gələcəyə baxış" adlanan təqvim Dağlıq Qarabağ bölgəsinin keçmişini özünəməxsus ruhunu ifadə edir.

Fondun Avropa MDB ölkələri üzrə nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, Dağlıq Qarabağın gözəl təbiətini füsunkar mənzərəsini əks etdirən şəkillərdən ibarət təqvimdə Azərbaycan xalqının sevimli musiqi, rəqs, mətbəx və adət-ənənələri haqqında məlumatlar yerləşdirilmişdir. Fond tərəfindən seçilmiş mövzular Dağlıq Qarabağın Azərbaycan mədəniyyətində əhəmiyyətli yer tutduğunu göstərir.

Bu link ilə (www.karabakhfoundation.org/pages/shop/) Qarabağ Fondunun internet mağazasına daxil olub təqvim satışdakı digər əşyaları əldə etmək olar. Təqvim ABŞ-da çatdırılma ilə birgə 13 dollara satılır. Bu təqvimin satışa çıxarılmasının əsas məqsədi Azərbaycanı, eləcə Dağlıq Qarabağ bölgəsini bütünlükdə Cənubi Qafqazı ABŞ ictimaiyyətinə tanıtmaqdır.

Qeyd edək ki, 2009-cu ilin noyabrında ABŞ-da yaradılmış Qarabağ Fondu QHT-lərə verilən 501 (C) 3 statusuna malikdir.

 

 

Azərbaycan.- 2011.-20 fevral.- S. 8.