Mustafa Kabakçı: "Xocalı soyqırımının ildönümünü geniş şəkildə qeyd etməklə dünya ictimaiyyətinin diqqətini bir daha Dağlıq Qarabağ probleminə yönəltmək istəyirik"

 

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mustafa Kabakçı bildirmişdir ki, qardaş ölkənin deputatları bu il Xocalı soyqırımının ildönümünü geniş qeyd edəcəklər. Bu münasibətlə Türkiyə Böyük Millət Məclisində dinləmələr keçiriləcək, parlamentarilər müxtəlif tədbirlərdə fəal iştirak edəcəklər.

M.Kabakçı vurğulamışdır ki, Xocalı faciəsi hələ ürəklərimizi dağlayır. Biz Xocalı soyqırmının ildönümünü geniş şəkildə qeyd etməklə dünya ictimaiyyətinin diqqətini bir daha Dağlıq Qarabağ probleminə yönəltmək istəyirik.

Türkiyəli deputat keçən həftə "Azərbaycan Respublikası Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq qarşılıqlı yardım haqqında" Sazişin parlamentin xarici əlaqələr komissiyasında qəbul edilməsini, bu həftə isə bu sənədin Böyük Millət Məclisində təsdiq olunacağını ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsinin bariz sübutu olduğunu demişdir.

Qeyd edək ki, bu sazişə əsasən ölkələrimiz arasında hərbi, siyasi, iqtisadi, təhlükəsizlik texniki sahələrdə əlaqələrin gücləndirilməsi, milli təhlükəsizlik məsələlərində birgə əməkdaşlıq nəzərdə tutulmuşdur.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.-22 fevral.- S. 3.