ABŞ-dakı Azərbaycan diasporu "Xocalıya ədalət" kampaniyasının loqosu ilə köynəkləri təqdim etmişdir

 

AzərTAc xəbər verir ki, Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı ABŞ-dakı Azərbaycan diasporu "Xocalıya ədalət" beynəlxalq kampaniyasının loqosu ilə köynəkləri təqdim etmişdir.

Bu köynəklər müxtəlif üslubda ölçüdə hazırlanmış, qiyməti isə 20-30 ABŞ dolları arasındadır. Köynəkləri AAC Zazzle web-mağazası vasitəsilə http:www.zazzle.com/justice _for_khojaly_tshirt-235798957191882820 ünvanından əldə etmək olar.

"Xocalıya ədalət" loqosu ilə köynəklərin satışından əldə ediləcək vəsait Şimali Amerikada Xocalı Anım Həftəsi çərçivəsində keçiriləcək tədbirlərə sərf olunacaqdır.

 

 

Azərbaycan.- 2011.-23 fevral.- S. 7.