"Elm həyat" jurnalının 50 yaşı qeyd edilmişdir

 

Fevralın 24-də Azərbaycan Mətbuat Şurasında (MŞ) "Elm həyat" jurnalının 50 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, MŞ İdarə Heyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının, jurnalın redaksiya heyətinin, KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalın kollektivini əlamətdar hadisə münasibətilə təbrik etmiş, Azərbaycan elminin təbliği baxımından nəşrin əhəmiyyətini yüksək qiymətləndirmişdir.

AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov jurnalın elmi kəşfləri, yenilikləri, ixtiraları təbliğ edən yeganə elmi-kütləvi dərgi kimi Azərbaycan mətbuatındakı özünəməxsus yerini diqqətə çatdırmış, ölkəmizin qabaqcıl elm adamlarının jurnalla sıx əlaqə saxladıqlarını vurğulamışdır.

Jurnalın redaktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Şirindil Alışanlı, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Budaq Budaqov, jurnalın redaktor müavini Ülkər Hüseynova, tarix elmləri doktoru Solmaz Rüstəmova, yazıçı-publisist Yusif Kərimov başqaları fəaliyyət göstərdiyi 50 ildə Azərbaycanın tanınmış alimlərinin 5 minədək məqaləsinin nəşr edildiyi jurnalın ölkəmizin elmi ictimaiyyəti, eləcə geniş oxucu kütləsi üçün dəyərli mətbuat orqanı olduğunu diqqətə çatdırmışlar. Bildirilmişdir ki, elmimizin mühüm nailiyyətlərini Azərbaycan oxucusuna sadə dillə çatdırdığından jurnalın oxucu auditoriyası xeyli genişlənmişdir.

Çıxışlarda jurnalın yarım əsrdə keçdiyi yola nəzər salınmış, xatirələr səsləndirilmişdir.

Tədbirdə "Elm həyat" jurnalının redaksiya heyətinə Azərbaycan Jurnalistlər Birliyinin fəxri fərmanları, eləcə Mətbuat Şurasının xatirə hədiyyəsi təqdim edilmişdir.

Azərbaycan elmində publisistikasındakı xidmətlərinə görə şura adından akademik Budaq Budaqova da diplom təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2011.-25 fevral.- S.11.