İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alır:

 

İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 114; 2003-cü il, ¹ 6, maddə 277; 2004-cü il, ¹ 8, maddə 598, ¹ 11, maddə 901, ¹ 12, maddə 973; 2007-ci il, ¹ 1, maddə 3, ¹ 6, maddə 562, ¹ 11, maddə 1053; 2008-ci il, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; 2009-cu il, ¹ 12, maddə 952; 2010-cu il, ¹ 2, maddə 75, ¹ 7, maddə 591) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 17.1.1-ci maddədə “iqtisad məhkəməsi borclunun iflası barədə məhkəmə icraatına başladıqda” sözləri “borclunun iflası barədə məhkəmə icraatına başlandıqda” sözləri ilə əvəz edilsin.

2. 19.1.1-ci maddədə “iqtisad məhkəməsi borclunun iflası barədə məhkəmə icraatına başladığı” sözləri “borclunun iflası barədə məhkəmə icraatına başlandığı” sözləri ilə əvəz edilsin.

3. 21.1-ci maddədə “iqtisad məhkəməsinin” sözləri “inzibati-iqtisadi məhkəmənin” sözləri ilə, “iqtisad məhkəməsi” sözləri hər iki halda “inzibati-iqtisadi məhkəmə” sözləri ilə əvəz edilsin.

4. 59.3-cü maddədə “İqtisad məhkəməsi” sözləri “İnzibati-iqtisadi məhkəmə” sözləri ilə əvəz edilsin.

5. 87.1-ci maddənin birinci cümləsində “İqtisad məhkəməsi” sözləri “İnzibati-iqtisadi məhkəmə” sözləri ilə, ikinci cümləsində “iqtisad məhkəməsinə”

sözləri “inzibati-iqtisadi məhkəməyə” sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2011-ci il.

 

Azərbaycan.- 2011.- 1 iyul.- S.  2.