Baş nazir Artur Rasizadə 2011-ci il üzrə ARDNF-in Müşahidə Şurasının sədri seçilmişdir

 

İyunun 30-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.

ARDNF-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin rəhbərliyi ilə keçirilən iclasda Fondun 2010-cu ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-in 2010-cu il büdcəsinin icrası, eləcə də 2011-ci il büdcəsində əlavə və dəyişikliklərin edilməsi məsələlərinə baxılmışdır.

Müşahidə Şurası ARDNF-in icraçı direktorunun təqdim etdiyi qurumun 2010-cu ildə fəaliyyəti haqqında illik hesabatına, həmçinin 2010-cu ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun ("Ernst ənd Yanq" şirkətinin) hesabatına baxaraq onları məqbul hesab etmişFondun 2010-cu il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etmək barədə qərar qəbul etmişdir.

Müşahidə Şurası, həmçinin ARDNF-in 2011-ci il büdcəsinə dəyişiklikləri də məqbul hesab etmiş və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunmasını qərara almışdır.

İclasda Baş nazir A.Rasizadə 2011-ci il üzrə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilmişdir.

 

 

Azərbaycan.- 2011.- 1 iyul.- S.  4.