İran İslam Şurası Məclisinin sədri Azərbaycana rəsmi səfərə gəlmişdir

 

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani iyunun

30-da Azərbaycana rəsmi səfərə gəlmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.

Əli Laricani hava limanında jurnalistlərə bildirmişdir ki, İran ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin qədim tarixi vardır. Münasibətlərimiz ümummilli lider Heydər Əliyevin dövründə uğurla inkişaf etmişdir. Prezident İlham Əliyevin beynəlxalq müstəvidə həyata keçirdiyi məqsədyönlü siyasət ölkələrimizi daha da yaxınlaşdırır. İqtisadi, siyasi, mədəni və digər sahələrdə münasibətlərimiz genişlənir.

Səfərin əsas məqsədi parlamentlərarası əməkdaşlığımızın daha da genişlənməsinə dair məsləhətləşmələr aparmaqdır.

Əli Laricani ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcəkdir.

 

 

Azərbaycan.- 2011.-1 iyul.- S.  4.