Niderlandda Azərbaycan iqtisadiyyatına dair təqdimat keçirilmişdir

 

Niderlandda akkreditə olunmuş diplomatik nümayəndəliklərin, yerli siyasibiznes dairələri ilə əlaqələrinin qurulması istiqamətində fəaliyyət göstərən Dostluq, Qarşılıqlı Anlaşmaİnkişafa dair Assosiasiyası tərəfindən Avropanın enerji təhlükəsizliyinə həsr edilmiş konfrans təşkil olunmuşdur.

Konfransda Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərov ölkəmizin iqtisadi inkişafına dair geniş multimediyalı mühazirə-təqdimatla çıxış etmişdir.

Azərbaycanlı diplomat respublikamızın dinamik inkişafı, ölkəmizin iqtisadi potensialı, enerji siyasətinin əsas prioritetləri, Cənubi Qafqaz regionunda həyata keçirilən irimiqyaslı layihələr barədə ətraflı məlumat vermiş, iştirakçıların suallarını cavablandırmışdır.

F.İsgəndərovun çıxışı konfrans iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Onlar bu cür tədbirin keçirilməsindən məmnun olduqlarını, Azərbaycan haqqında əldə etdikləri məlumatları gələcək fəaliyyətlərində istifadə edəcəklərini bildirmişlər.

Konfransda Haaqada yerləşən beynəlxalq təşkilatların və Niderlandda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, biznes dairələrinin, tədqiqat institutlarının, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2011.-1  iyul.- S.  6.