Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alır:

 

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, (II kitab), maddə 585; 2001-ci il, ¹ 7, maddə 455; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 5, maddə 233, ¹ 8, maddə 463; 2003-cü il, ¹ 6, maddə 276; 2004-cü il, ¹ 5, maddə 321, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə 761, ¹ 11, maddə 890; 2005-ci il, ¹ 1, maddə 4, ¹ 4, maddə 278, ¹ 6, maddə 462, ¹ 8, maddə 686, ¹ 10, maddə 874, ¹ 12, maddə 1079; 2006-cı il, ¹ 1, maddə 3, ¹ 2, maddə 64, ¹ 5, maddə 390, ¹ 10, maddə 847, ¹ 11, maddə 929, ¹ 12, maddə 1032; 2007-ci il, ¹ 2, maddələr 65, 68, ¹ 6, maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə 756, ¹ 11, maddə 1049, ¹ 12, maddə 1221; 2008-ci il, ¹ 6, maddə 462, ¹ 7, maddələr 606, 607, ¹ 12, maddə 1045, 1049; 2009-cu il, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə 966; 2010-cu il, ¹ 3, maddələr 171, 173, 178; ¹ 7, maddə 593, ¹ 12, maddə 1058) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 66-cı maddədə:

1.1. 66.0.3-cü maddədə “Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi” sözləri “ağır cinayətlər məhkəmələri” sözləri ilə əvəz edilsin;

1.2. 66.0.4-cü maddə çıxarılsın;

1.3. 66.0.5-ci maddədə “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi” sözləri “Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi” sözləri ilə əvəz edilsin.

2. 68.2-ci maddədə:

2.1. birinci cümlədə hər iki halda “və az ağır” sözləri “, az ağır, ağır və xüsusilə ağır” sözləri ilə əvəz edilsin;

2.2. ikinci cümlə çıxarılsın.

3. 69-cu maddədə:

3.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 69. Ağır cinayətlər məhkəmələrinin aidiyyəti”;

3.2. 69.1-ci və 69.2-ci maddələrdə “Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi” sözləri “Ağır cinayətlər məhkəmələri” sözləri ilə əvəz edilsin;

3.3. 69.3-cü maddədə “Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsinə” sözləri “Hər bir ağır cinayətlər məhkəməsinə” sözləri ilə əvəz edilsin.

4. 70-ci maddə çıxarılsın.

5. 70-1-ci maddədə:

5.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 70-1. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin aidiyyəti”;

5.2. 70-1.1-ci və 70-1.2-ci maddələrdə “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi” sözləri “Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi” sözləri ilə əvəz edilsin;

5.3. 70-1.3-cü maddədə “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsinə” sözləri “Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə” sözləri ilə əvəz edilsin.

6. 71.2.3-cü maddədə “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası məhkəməsinin” sözləri “Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin” sözləri ilə əvəz edilsin.

7. 72-ci maddədə:

7.1. 72.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“72.2.3. yurisdiksiyalarına aid edilmiş ağır cinayətlər məhkəmələrinin.”;

7.2. 72.2.4-cü maddə çıxarılsın.

8. 73.2-ci maddədə “cinayət işləri üzrə kollegiyası və ya hərbi məhkəmələrin işləri üzrə kollegiyası” sözləri “cinayət kollegiyası və ya hərbi kollegiyası” sözləri ilə əvəz edilsin.

9. 74-cü maddədə:

9.1. 74.5-ci maddədə “Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinə” və “Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsində” sözləri müvafiq olaraq “ağır cinayətlər məhkəməsinə” və “ağır cinayətlər məhkəməsində” sözləri ilə əvəz edilsin;

9.2. 74.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“74.6. Cinayət işlərindən biri hərbi məhkəməyə, digəri isə rayon (şəhər) məhkəməsinə, yaxud ağır cinayətlər məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə hərbi məhkəmədə baxılır.”.

9.3. 74.7-ci maddənin birinci cümləsində “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsinə” sözləri “Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə” sözləri ilə, “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsində” sözləri “Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində” sözləri ilə əvəz edilsin, ikinci cümləsi çıxarılsın.

10. 78-ci maddədə:

10.1. 78.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“78.3. Ağır cinayətlər məhkəmələrində, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində və ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxarkən hərbi məhkəmələrdə cinayət işlərinə andlı iclasçıların iştirakı ilə və ya üç hakimdən ibarət kollegial tərkibdə baxılır.”;

10.2. 78.5-ci maddədə “cinayət işləri üzrə kollegiyasında və ya hərbi məhkəmələrin işləri üzrə kollegiyasında” sözləri “cinayət kollegiyasında və ya hərbi kollegiyasında” sözləri ilə əvəz edilsin;

11. 79.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“79.1. Bu Məcəllənin 359-cu maddəsində nəzərdə tutulmuş hallarda ağır cinayətlər məhkəmələrində, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində və hərbi məhkəmələrdə cinayət işlərinə baxılması üçün andlı iclasçılar kollegiyası yaradılır.”.

12. 298.1-ci maddənin birinci cümləsində “bərabər bölüşdürülməsi qaydasına” sözləri “kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə” sözləri ilə əvəz edilsin, ikinci cümləsi çıxarılsın.

13. 381-ci maddədə:

13.1. 381.2.1-ci maddədə “işləri və inzibati xətalara dair işlər üzrə” sözləri çıxarılsın;

13.2. 381.2.2-ci maddədə “və inzibati xətalara dair işlər üzrə” sözləri çıxarılsın;

13.3. 381.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“381.2.3. andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla, hərbi məhkəmələr tərəfindən çıxarılmış hökm və ya qərarlardan - yurisdiksiya üzrə müvafiq apellyasiya məhkəməsinin hərbi kollegiyasına, yaxud Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasına;”;

13.4. 381.2.4-cü maddədə “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi” sözləri “Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi” sözləri ilə əvəz edilsin və “işləri və inzibati xətalara dair işlər üzrə” sözləri çıxarılsın;

13.5. 381.2.5-ci maddədə “Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi” sözləri “ağır cinayətlər məhkəmələri” sözləri ilə əvəz edilsin və “və inzibati xətalara dair işlər üzrə” sözləri çıxarılsın;

13.6. 381.2.6-cı maddə çıxarılsın.

14. 408-ci maddədə:

14.1. 408.2.1-ci maddədə “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi” sözləri “Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi” sözləri ilə əvəz edilsin və “işləri üzrə məhkəmə” sözləri çıxarılsın;

14.2. 408.2.2-ci maddədə “Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi” sözləri “ağır cinayətlər məhkəmələri” sözləri ilə əvəz edilsin və “işləri üzrə” sözləri çıxarılsın;

14.3. 408.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“408.2.3. andlı iclasçıların iştirakı ilə hərbi məhkəmələr tərəfindən çıxarılmış hökmlərdən – Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasına;”;

14.4. 408.2.4-cü maddədə “işləri və inzibati xətalara dair işlər üzrə” və “işləri üzrə məhkəmə” sözləri çıxarılsın;

14.5. 408.2.5-ci maddədə “və inzibati xətalara dair işlər üzrə” sözləri və “işləri üzrə məhkəmə” sözləri çıxarılsın;

14.6. 408.2.6-cı və 408.2.7-ci maddələrdə “məhkəmələrin işləri üzrə” və “məhkəmələrin işləri üzrə məhkəmə” sözləri çıxarılsın.

15. 409.9-cu maddənin ikinci cümləsində “işləri və inzibati xətalara dair işlər üzrə” sözləri çıxarılsın.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2011-ci il.

 

Azərbaycan.-2011.- 2 iyul.- S.3.